Tarix:28/02/14
“ICTnews” xəbər xidmətinin “www.therunet.com” saytına istinadən verdiyi məlumata əsasən, texniki nöqteyi-nəzərdən bu, domenin işləməyə başlaması deməkdir.
“.ДЕТИ” domeni “New gTLD” proqramı çərçivəsində yaradılan Rusiyanın yuxarı səviyyəli domenləri arasında ilk tətbiq edilən domendir. Növbəti mərhələdə “.МОСКВА”, “.MOSCOW”, “.РУС” və “.TATAR” domenlərinin qeydiyyatı gözlənilir. Bundan öncə artıq Rusiyanın “.САЙТ” və “.ОНЛАЙН” domenləri qeydiyyatdan keçib, lakin onların administratoru Rusiyanın deyil, İsveçrənin “Core Association” şirkətidir.
“.ДЕТИ” domeninin administratoru "Ağıllı İnternet" Fondudur. O, beynəlxalq “ICANN” qeydiyyatçısında qeydiyyatı üçün 2012-ci ilin aprel ayında müraciət edib. Domen üzərində iş Rabitə və Kütləvi Kommunikasiyalar Nazirliyinin, RU/РФ Milli domenlərinin tənzimləmə mərkəzinin, Strateji Təşəbbüslər Agentliyinin və bir sıra digər təşkilatların dəstəyi ilə aparılıb.
“.ДЕТИ” domeni – məqsədi Rusiyada uşaq internetinin və uşaqlar üçün sosial məsuliyyətli internet servislərinin inkişafı üçün nəzərdə tutulan sosial layihədir.
Aynur Vəliyeva
“ICANN” yeni domen qeydiyyata alıb
Qlobal domen ünvanlaşdırmasının əsas serverlərinin reyestrlərində Rusiyanın ilk kiril əlifbalı “.ДЕТИ” domeni haqda yazı dərc edilib.“ICTnews” xəbər xidmətinin “www.therunet.com” saytına istinadən verdiyi məlumata əsasən, texniki nöqteyi-nəzərdən bu, domenin işləməyə başlaması deməkdir.
“.ДЕТИ” domeni “New gTLD” proqramı çərçivəsində yaradılan Rusiyanın yuxarı səviyyəli domenləri arasında ilk tətbiq edilən domendir. Növbəti mərhələdə “.МОСКВА”, “.MOSCOW”, “.РУС” və “.TATAR” domenlərinin qeydiyyatı gözlənilir. Bundan öncə artıq Rusiyanın “.САЙТ” və “.ОНЛАЙН” domenləri qeydiyyatdan keçib, lakin onların administratoru Rusiyanın deyil, İsveçrənin “Core Association” şirkətidir.
“.ДЕТИ” domeninin administratoru "Ağıllı İnternet" Fondudur. O, beynəlxalq “ICANN” qeydiyyatçısında qeydiyyatı üçün 2012-ci ilin aprel ayında müraciət edib. Domen üzərində iş Rabitə və Kütləvi Kommunikasiyalar Nazirliyinin, RU/РФ Milli domenlərinin tənzimləmə mərkəzinin, Strateji Təşəbbüslər Agentliyinin və bir sıra digər təşkilatların dəstəyi ilə aparılıb.
“.ДЕТИ” domeni – məqsədi Rusiyada uşaq internetinin və uşaqlar üçün sosial məsuliyyətli internet servislərinin inkişafı üçün nəzərdə tutulan sosial layihədir.
Aynur Vəliyeva
Baxış sayı: 903
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib