12px13px15px17px
Tarix:28/02/14

Naxçıvanda informasiya cəmiyyətinə keçidlə bağlı hansı işlər görülüb?

Naxçıvan Muxtar Respublikasında informasiya cəmiyyətinə keçid və elektron hökumətin formalaşdırılması sahəsində ardıcıl tədbirlər görülür.


Muxtar respublikanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən verilən məlumata görə, bu gün informasiya sistemlərinin inkişafına, informasiya təhlükəsizliyinin təmin edilməsinə, elektron hökumət, elektron imza və elektron sənəd dövriyyəsinin tətbiqinə, elektron poçt-maliyyə xidmətlərinin, rəqəmsal yayımın təşkilinə, ayrı-ayrı sahələr üzrə informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin genişləndirilməsinə, internetdən istifadə səviyyəsinin artırılmasına xüsusi diqqət yetirilir.

Muxtar respublikada "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili haqqında" Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2011-ci il 15 iyul tarixli Fərmanına əsasən, dövlət orqanlarının göstərəcəyi elektron xidmətlərin reqlamentləri təsdiq edilib, reyestr kodları verilib və internet saytlarında yerləşdirilib. Dövlət orqanlarının elektron xidmətlərindən "bir pəncərə" prinsipi əsasında istifadənin təşkili məqsədilə "Elektron hökumət" portalı yaradılıb, 34 dövlət orqanının xidmətləri portala inteqrasiya edilib. 

"Elektron hökumət" portalı üzərindən real vaxt rejimində rabitə xidmətləri və genişzolaqlı internet xidmət haqlarının ödənilməsi təşkil edilib, istifadəçilərin portalda onlayn qeydiyyatdan keçməsi üçün "İAMAS" sisteminə qoşulma və portalın təhlükəsizliyi ilə əlaqədar tədbirlər görülüb.

CAHANGİR



Baxış sayı: 660

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024