12px13px15px17px
Tarix:17/08/11

KATV1 “Yay-payız” aksiyasına başlayıb

KATV1 kabel televiziyası “Yay-payız” aksiyasına başlayıb. Avqustun 15-dən oktyabrın 15-dək davam edəcək aksiyada abunəçi 99 manat ödəməklə rəqəmsal yayım qəbuledici avadanlığını (resiver) əldə edir və KATV1 kabel televiziyasının baza paketinə (82 kanal) 1 illik abunə olur. Qeyd edək ki, rəqəmsal yayımın analoq yayımdan bir çox üstünlükləri vardır. Bu ilk növbədə görüntü və səsin keyfiyyətində özünü göstərir. Bundan əlavə rəqəmsal yayım abunəçiləri aylıq abunə haqlarını internet və bank filialları vasitəsilə ödəyə bilərlər.
KATV1 Azərbaycanın ilk və ən böyük klass kabel televiziya operatoru olaraq əhatə dairəsini genişləndirir. Şirkət hazırda Bakının 11 rayonundan 9-da və Xırdalanda xidmətlərini təqdim edir. Eyni zamanda “AG Telekom” şirkətinin (KATV1 brendinin sahibi) dəstəyi ilə Sumqayıt şəhərində SNTV kabel televiziyası şirkəti abunəçilərə xidmət göstərir. Yaxın günlərdə Mingəçevir və Gəncə şəhərinin sakinləri də bu xidmətlərdən yararlana biləcəklər.



Baxış sayı: 2125

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024