Tarix:28/02/14
Rekord say daha çox illik gəliri 75 min dollar təşkil edən istifadəçilər arasında qeydə alınıb.
Daha iki sosial qrupda oxşar nəticələr tədqiqatçılar tərəfindən müəyyən edilib. 18-29 yaşlı gənclər arasında internet istifadəçilərinin payı 97 faiz təşkil edib. Bundan başqa, ali məktəb məzunlarının 97 faizi internetdən mütəmadi istifadə edir.
ABŞ-da internetin ümumi nüfuzetmə səviyyəsi 87 faizə bərabər olub, halbuki 2010-cu ildə bu göstərici 79 faizi ötməyib, həmçinin 2005-ci ildə amerikalıların yalnız 66 faizi aktiv internet istifadəçisi hesab edilib.
"Pew Research Center" saytının məlumatına görə, bununla yanaşı, yaşlı ABŞ vətəndaşlarının 67 faizi internetə çıxış üçün mobil qurğulardan (smartfon və planşet kompüter) istifadə edir.
Sosioloqlar qeyd edirlər ki, internetin populyarlığının artması ilə yanaşı, ABŞ sakinlərinin televiziya və stasionar telefonlardan asılılıq səviyyəsi azalmaqda davam edir. Belə ki, rəyi soruşulanların yalnız üçdə bir hissəsi bildirib ki, televiziyaya baxmaqdan özlərini məhrum edə bilməzlər. 2006-cı ildə televizora baxmaqdan imtina etməyə hazır olanların payı təxminən 44 faiz olub, 28 faiz stasionar telefonla ünsiyyət qurmağa üstünlük verdiyini bildirib. Müqayisə üçün qeyd edək ki, həmin ildə rəyi soruşulanların 48 faizi stasionar telefondan istifadəni vacib sayıb.
"Pew Research Center" saytının sosioloji tədqiqatı internetin 12 mart 2014-cü ildə qeyd ediləcək yubileyinə həsr edilib. 25 il əvvəl – 1989-cu ilin martında alim Tim Berners-Li ilk dəfə sonradan "World Wide Web" (WWW) adlandırılacaq elmi anlayışı təqdim edib, - "Lenta www.lenta.ru" yazır.
Varlı amerikalıların 99 faizi internetdən istifadə edir
İnternetdən aktiv istifadə edən varlı amerikalıların payı 99 faizə çatıb. Bu barədə "Pew Research Center" saytında dərc edilən sosioloji tədqiqatda deyilir.Rekord say daha çox illik gəliri 75 min dollar təşkil edən istifadəçilər arasında qeydə alınıb.
Daha iki sosial qrupda oxşar nəticələr tədqiqatçılar tərəfindən müəyyən edilib. 18-29 yaşlı gənclər arasında internet istifadəçilərinin payı 97 faiz təşkil edib. Bundan başqa, ali məktəb məzunlarının 97 faizi internetdən mütəmadi istifadə edir.
ABŞ-da internetin ümumi nüfuzetmə səviyyəsi 87 faizə bərabər olub, halbuki 2010-cu ildə bu göstərici 79 faizi ötməyib, həmçinin 2005-ci ildə amerikalıların yalnız 66 faizi aktiv internet istifadəçisi hesab edilib.
"Pew Research Center" saytının məlumatına görə, bununla yanaşı, yaşlı ABŞ vətəndaşlarının 67 faizi internetə çıxış üçün mobil qurğulardan (smartfon və planşet kompüter) istifadə edir.
Sosioloqlar qeyd edirlər ki, internetin populyarlığının artması ilə yanaşı, ABŞ sakinlərinin televiziya və stasionar telefonlardan asılılıq səviyyəsi azalmaqda davam edir. Belə ki, rəyi soruşulanların yalnız üçdə bir hissəsi bildirib ki, televiziyaya baxmaqdan özlərini məhrum edə bilməzlər. 2006-cı ildə televizora baxmaqdan imtina etməyə hazır olanların payı təxminən 44 faiz olub, 28 faiz stasionar telefonla ünsiyyət qurmağa üstünlük verdiyini bildirib. Müqayisə üçün qeyd edək ki, həmin ildə rəyi soruşulanların 48 faizi stasionar telefondan istifadəni vacib sayıb.
"Pew Research Center" saytının sosioloji tədqiqatı internetin 12 mart 2014-cü ildə qeyd ediləcək yubileyinə həsr edilib. 25 il əvvəl – 1989-cu ilin martında alim Tim Berners-Li ilk dəfə sonradan "World Wide Web" (WWW) adlandırılacaq elmi anlayışı təqdim edib, - "Lenta www.lenta.ru" yazır.
Baxış sayı: 724
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib