Tarix:28/02/14
Ötən il smartfon və planşetlər dünya "Wi-Fi" elektronikası bazarının 59 faizini tutub, mobil kompüterlərin payı 9 faizə bərabər olub. Liderliyini davam etdirən "802.11n" standartından 2013-cü ildə satışa çıxarılan "Wi-Fi" modullu qurğuların 84 faizində istifadə edilib.
Mütəxəssislərin fikrincə, "802.11ac" protokolu mobil qurğular arasında populyarlaşmaqda davam etdiyindən artıq 2015-ci ildə əsas istiqamət ola bilər.
"Wi-Fi" rəqəmli audio və videokontentin distribüsiyasında ev daxilində əsas vasitədir, yeni "802.11ac" standartı isə şəbəkəyə qoşulan qurğuların sayını artırmaq niyyətində olan ev təsərrüfatları üçün zəruri texnologiya olacaq", - şirkət analitiki Devid Uotkins qeyd edib.
Tədqiqatçıların proqnozlarına görə, 2017-ci ilədək dünyada "Wi-Fi" şəbəkəsini dəstəkləyən qurğuların sayı 7 milyard təşkil edəcək. Onlar arasında rəqəmli kamera, simsiz akustik sistem, smart televizor və rəqəmli videomaqnitofonların (Digital Video Recorder, DVR) sayı artacaq, - "DailyComm www.dailycomm.ru" yazır.
Dünyada hər ailənin payına “Wi-Fi” şəbəkəsini dəstəkləyən 7 qurğu düşür
"Strategy Analytics" şirkətinin qiymətləndirməsinə görə, 2013-cü ildə dünyada 1,9 milyard "Wi-Fi" şəbəkəsinə qoşula bilən qurğu buraxılıb ki, bu da bir il əvvəldən 19 faiz çoxdur. Hazırda "Wi-Fi" şəbəkəsini dəstəkləyən 4 milyard qurğudan istifadə edilir. Bu isə o deməkdir ki, dünyada hər ailənin payına yeddi belə qurğu düşür.Ötən il smartfon və planşetlər dünya "Wi-Fi" elektronikası bazarının 59 faizini tutub, mobil kompüterlərin payı 9 faizə bərabər olub. Liderliyini davam etdirən "802.11n" standartından 2013-cü ildə satışa çıxarılan "Wi-Fi" modullu qurğuların 84 faizində istifadə edilib.
Mütəxəssislərin fikrincə, "802.11ac" protokolu mobil qurğular arasında populyarlaşmaqda davam etdiyindən artıq 2015-ci ildə əsas istiqamət ola bilər.
"Wi-Fi" rəqəmli audio və videokontentin distribüsiyasında ev daxilində əsas vasitədir, yeni "802.11ac" standartı isə şəbəkəyə qoşulan qurğuların sayını artırmaq niyyətində olan ev təsərrüfatları üçün zəruri texnologiya olacaq", - şirkət analitiki Devid Uotkins qeyd edib.
Tədqiqatçıların proqnozlarına görə, 2017-ci ilədək dünyada "Wi-Fi" şəbəkəsini dəstəkləyən qurğuların sayı 7 milyard təşkil edəcək. Onlar arasında rəqəmli kamera, simsiz akustik sistem, smart televizor və rəqəmli videomaqnitofonların (Digital Video Recorder, DVR) sayı artacaq, - "DailyComm www.dailycomm.ru" yazır.
Baxış sayı: 819
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır