Tarix:01/03/14
ABŞ, Çin və Səudiyyə Ərəbistanı kimyaçıları yanacaq batareyası katalizatorlarına rekord xüsusi səmərəlilik verən nanoölçülü platin çoxüzlülərin alınması üsulunu hazırlayıblar.
Platin çoxüzlülərin alınması üçün alimlər əvvəlcə nikel və platin qatışığının kristallaşmasını həyata keçiriblər. Əmələ gələn nanohissəciklərdə platin əsasən kənarda cəmləşib, daxildə isə onu nikel əvəz edib. Sonra nikel kimyəvi üsulla təmizlənib və nəticədə yalnız platin tillərdən ibarət boş çoxüzlülər yaranıb. Əsas çətinlik turşu kimi aqressiv maddələrdən istifadə etmədən oksigenin kimyəvi təmizlənməsi üçün lazımi şəraiti seçməkdən ibarət olub.
Ən yaxşı müasir analoqlarını 36 dəfə üstələyən hasil olmuş nanohissəciklər çox yüksək kütlə nisbətinə malik olub. Bundan başqa, onlarda rekord həcmdə az bahalı platindən istifadə olunub. Mütəxəssislərin sözlərinə görə, yeni katalizatorların effektivliyi ABŞ Enerji Departamentinin proqnozlarına görə alimlərin 2017-ci ildə nail olacaqları səmərəliliyi xeyli üstələyir.
Yanacaq elementləri avtonom texnikanın, o cümlədən elektromobil və robotların inkişafının əsas məhdudlaşdırıcılarından biridir. Yeni katalizator həm kimyəvi yanacaq batareyalarında, həm də adi akkumulyatorlarda tətbiq edilə bilər, - "Lenta www.lenta.ru” yazır.
Alimlər nanoölçülü platin çoxüzlülərin alınması üsulunu hazırlayıblar

Baxış sayı: 716
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır