12px13px15px17px
Tarix:03/03/14

Hindistan “Aditya” kosmik missiyasını buraxmağa hazırlaşır

Hindistanın “ISRO” kosmik tədqiqatlar təşkilatı 2017-ci ilədək Günəşin tədqiqinə yönələn yeni elmi kosmik layihəni işə salmaq niyyətindədir.

Təşkilat nümayəndələri bildiriblər ki, yeni “Aditya” missiyası “ISRO”-nun təsdiq edilmiş planlarında yer alsa da, mütəxəssislər layihənin texniki aspektləri ilə bağlı dəqiq fikrə malik deyillər. Təşkilat rəhbəri K.Radxarikrişnanın sözlərinə görə, missiyanın 2017-2020-ci illərdə buraxılması gözlənilir, odur ki, təşkilatın çatışmayan bir sıra texniki aspektlərin tamamlanması üçün hələ vaxtı var.
 
Onun sözlərinə görə, “Aditya” aparatı Yer kürəsi ətrafında uçsa da, Günəşə istiqamətlənəcək. Hazırda müasir texnikanın ixtiyarında bu növ aparatlardan çox azdır.
 
“ISRO” təmsilçiləri qeyd ediblər ki, "Aditya” ilə yanaşı, onlar diqqətlərini kosmik şüalanmanın tədqiqi üçün astronomik rəsədxananın dizaynı, hazırlanması, istehsalı və buraxılmasına yönələn “Astrosat” layihəsinə yönəldəcək. Bu aparatın 2017-ci ilədək buraxılması gözlənilir. Bununla paralel Hindistan iki hissədən – orbital və enmə hissələrindən ibarət olacaq “Chandrayaan-2” ay aparatını hazırlayır. Lakin hazırda bu layihənin büdcəsi təsdiq edilmədiyindən ay aparatının aqibəti tam aydın deyil.
 
22 oktyabr 2008-ci ildə buraxılan “Chandrayaan-1” zondu Hindistanın ilk müstəqil kosmik proqramı olub. Aparatın vəzifələrindən biri Ay səthinin mineraloji və kimyəvi tərkibi haqqında məlumatlar toplamaqdır, - “Cybersecurity www.cybersecurity.ru” yazır.   
 
 



Baxış sayı: 669

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024