Tarix:03/03/14
Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) məlumatına görə, hər 4 ildən bir çağırılan konfransın budəfəki mövzusunu “Davamlı inkişaf üçün genişzolaqlı rabitə” təşkil edir. Tədbirin gündəliyinə fəaliyyət haqqında hesabat, tədqiqat komissiyalarının fəaliyyəti, informasiya cəmiyyəti üzrə yüksəksəviyyəli şəxslərin görüşü, həmçinin “Dünyanı birləşdirək” adı altında yüksək səviyyədə görüş, regional əməkdaşlığın möhkəmləndirilməsi, ittifaqın strateji planı, telekommunikasiyanın inkişafı üzrə məsləhətçi qrupun struktur və iş metodları, regional prioritetlər, təşəbbüslər və layihələr, İKT-nin inkişafı üçün maliyyələşdirmə və əməkdaşlıq, özəl sektorun rolu və s. məsələlər daxildir.
“WTDC-2014”-dən əvvəl - martın 29-u saat 14:00-da isə genişzolaqlı rabitə məsələləri üzrə rəhbər şəxslərin strateji dialoqunun təşkili nəzərdə tutulur. BTİ-dən qeyd edilib ki, “İKT, innovasiyaların sürətli inkişaf templəri kontekstində yüksəksürətli şəbəkələrə əlçatanlığın təmin edilməsi olduqca vacibdir. Xüsusilə də informasiyaya əsaslanan cəmiyyətdən biliklərə əsaslanan cəmiyyətə keçidin sürətləndirilməsində bu amil getdikcə mühüm zərurətə çevrilir:
“2013-cü ilin sonuna olan qiymətləndirmələrə görə, bütün dünyada təxminən 2,7 milyard insan internetdən istifadə edir. Bununla belə 4,4 milyard insan hələ də şəbəkəyə qoşulmayıb. Bununla əlaqədar, əvvəlki illərdə olduğu kimi, müzakirələrin davam etdirilməsi və optimal yolların tətbiq edilməsi vasitəsilə “rəqəmli uçurum”un aradan qaldırılması məsələsi yenə də ən böyük vəzifə kimi qarşımızda dayanır. Bu baxımdan, davamlı inkişaf maraqlarının təmin edilməsi ilə bağlı genişzolaqlı rabitə məsələləri üzrə rəhbər şəxslərin strateji dialoqu telekommunikasiya, informasiya telekommunikasiya texnologiyaları sektorunda tendensiyaların, problemlərin və imkanların interaktiv müzakirəsi üçün platformanı təmin edəcək”. BTİ-dən vurğulanıb ki, strateji dialoqla bağlı tədbirdən birbaşa veb-translyasiya həyata keçiriləcək.
Qeyd edək ki, “Telekommunikasiyanın İnkişafı üzrə Ümumdünya Konfransı”nda Azərbaycandan rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun rəhbərliyi ilə nümayəndə heyətinin iştirakı da gözlənilir.
Həqiqət İSABALAYEVA
Altıncı “Telekommunikasiyanın İnkişafı üzrə Ümumdünya Konfransı” davamlı inkişaf üçün genişzolaqlı rabitə imkanlarını araşdıracaq
30 mart-10 aprel tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin Dubay Beynəlxalq Ticarət Mərkəzində sayca altıncı “Telekommunikasiyanın İnkişafı üzrə Ümumdünya Konfransı (World Telecommunication Development Conference – WTDC-2014)” keçiriləcək.Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) məlumatına görə, hər 4 ildən bir çağırılan konfransın budəfəki mövzusunu “Davamlı inkişaf üçün genişzolaqlı rabitə” təşkil edir. Tədbirin gündəliyinə fəaliyyət haqqında hesabat, tədqiqat komissiyalarının fəaliyyəti, informasiya cəmiyyəti üzrə yüksəksəviyyəli şəxslərin görüşü, həmçinin “Dünyanı birləşdirək” adı altında yüksək səviyyədə görüş, regional əməkdaşlığın möhkəmləndirilməsi, ittifaqın strateji planı, telekommunikasiyanın inkişafı üzrə məsləhətçi qrupun struktur və iş metodları, regional prioritetlər, təşəbbüslər və layihələr, İKT-nin inkişafı üçün maliyyələşdirmə və əməkdaşlıq, özəl sektorun rolu və s. məsələlər daxildir.
“WTDC-2014”-dən əvvəl - martın 29-u saat 14:00-da isə genişzolaqlı rabitə məsələləri üzrə rəhbər şəxslərin strateji dialoqunun təşkili nəzərdə tutulur. BTİ-dən qeyd edilib ki, “İKT, innovasiyaların sürətli inkişaf templəri kontekstində yüksəksürətli şəbəkələrə əlçatanlığın təmin edilməsi olduqca vacibdir. Xüsusilə də informasiyaya əsaslanan cəmiyyətdən biliklərə əsaslanan cəmiyyətə keçidin sürətləndirilməsində bu amil getdikcə mühüm zərurətə çevrilir:
“2013-cü ilin sonuna olan qiymətləndirmələrə görə, bütün dünyada təxminən 2,7 milyard insan internetdən istifadə edir. Bununla belə 4,4 milyard insan hələ də şəbəkəyə qoşulmayıb. Bununla əlaqədar, əvvəlki illərdə olduğu kimi, müzakirələrin davam etdirilməsi və optimal yolların tətbiq edilməsi vasitəsilə “rəqəmli uçurum”un aradan qaldırılması məsələsi yenə də ən böyük vəzifə kimi qarşımızda dayanır. Bu baxımdan, davamlı inkişaf maraqlarının təmin edilməsi ilə bağlı genişzolaqlı rabitə məsələləri üzrə rəhbər şəxslərin strateji dialoqu telekommunikasiya, informasiya telekommunikasiya texnologiyaları sektorunda tendensiyaların, problemlərin və imkanların interaktiv müzakirəsi üçün platformanı təmin edəcək”. BTİ-dən vurğulanıb ki, strateji dialoqla bağlı tədbirdən birbaşa veb-translyasiya həyata keçiriləcək.
Qeyd edək ki, “Telekommunikasiyanın İnkişafı üzrə Ümumdünya Konfransı”nda Azərbaycandan rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun rəhbərliyi ilə nümayəndə heyətinin iştirakı da gözlənilir.
Həqiqət İSABALAYEVA
Baxış sayı: 1118
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır