Tarix:03/03/14
Ötən ilin dördüncü rübündə "iOS" platforması ilə işləyən qurğuların satış həcminin artmasına baxmayaraq, ötən ilin nəticəsinə görə bazarda onların payı 16.8% azalıb.
Həmçinin mütəxəssislər "Android" platformasının mövqeyinin möhkəmlənməsinə diqqət yetirirlər: 2013-cü ildə satılmış 120 milyondan çox planşet bu əməliyyat sistemi ilə işləyir və sözügedən mobil platformanın payı 62% (+16%) olub. Ucuz yığcam modellərin populyarlığının artması irəliləyişə səbəb olub.
"ICTnews" elektron xəbər xidməti "dailycomm.ru" saytına istinadən bildirir ki, "Microsoft", həmçinin planşet bazarında öz vəziyyətini yaxşılaşdırıb, lakin şirkətə məxsus ƏS-nin payı əvvəlki kimi azdır (2,1%). Ekspertlərin qiymətləndirməsinə görə, dünyada son ildə 4 milyondan çox "Windows"-planşet satılıb. Qeyd edək ki, 2012-ci ildə bu göstərici 1 milyondan bir qədər çox olub.
Mütəxəssislər deyiblər ki, şirkətlər arasında qüvvələr nisbətinə gəldikdə isə "Apple" öz liderliyini qoruyub saxlayıb: ötən il şirkət təxminən 70,4 milyon qurğu satıb və "iPad" planşetinin bazar payı 36% olub.
Emil Hüseynov
2013-cü ildə planşet satışlarının həcmi 68% artıb
"Gartner" analitik şirkətinin məlumatlarına əsasən, 2013-cü ildə dünyada ümumilikdə 195,4 milyon planşet satılıb ki, bu da 2012-ci illə müqayisədə 68% çoxdur.Ötən ilin dördüncü rübündə "iOS" platforması ilə işləyən qurğuların satış həcminin artmasına baxmayaraq, ötən ilin nəticəsinə görə bazarda onların payı 16.8% azalıb.
Həmçinin mütəxəssislər "Android" platformasının mövqeyinin möhkəmlənməsinə diqqət yetirirlər: 2013-cü ildə satılmış 120 milyondan çox planşet bu əməliyyat sistemi ilə işləyir və sözügedən mobil platformanın payı 62% (+16%) olub. Ucuz yığcam modellərin populyarlığının artması irəliləyişə səbəb olub.
"ICTnews" elektron xəbər xidməti "dailycomm.ru" saytına istinadən bildirir ki, "Microsoft", həmçinin planşet bazarında öz vəziyyətini yaxşılaşdırıb, lakin şirkətə məxsus ƏS-nin payı əvvəlki kimi azdır (2,1%). Ekspertlərin qiymətləndirməsinə görə, dünyada son ildə 4 milyondan çox "Windows"-planşet satılıb. Qeyd edək ki, 2012-ci ildə bu göstərici 1 milyondan bir qədər çox olub.
Mütəxəssislər deyiblər ki, şirkətlər arasında qüvvələr nisbətinə gəldikdə isə "Apple" öz liderliyini qoruyub saxlayıb: ötən il şirkət təxminən 70,4 milyon qurğu satıb və "iPad" planşetinin bazar payı 36% olub.
Emil Hüseynov
Baxış sayı: 3070
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır