12px13px15px17px
Tarix:04/03/14

Britaniyalılar virtual sevgiyə üstünlük verir

Britaniyada 1612 həddi-buluğa çatmış kişi və qadın arasında keçirilmiş araşdırmaya əsasən, onların hər üçündən biri müntəzəm olaraq "virtual intim əlaqə"də iştirak edirlər.
 
 “CyberCompare.net” saytı tərəfindən rəyi soruşulmuş respondentlərin 34 faizi etiraf edib ki, ötən il seksual xarakterli mesajlar (sexts), Snapchat tətbiqi vasitəsilə açıq-saçıq fotolar və ya internet üzərindən virtual intim əlaqə üçün veb-kamera və videotelefonlardan istifadə ediblər.
 
“ICTnews” elektron xəbər xidməti “hitech.newsru.com” saytına istinadən bildirir ki, bu xarakterli münasibətlərin ən populyar növü – sekstinqdir (şəxsi fotoşəkil və intim xarakterli mesajların göndərilməsi). Respondentlərin 37 faizi sonuncunu təcrübədə tətbiq edib, 30 faiz videotelefon və 26 faiz isə  veb-kameralardan istifadə edib.
 
Rəyi soruşulanların 20 faizi deyib ki, onlar bu yolla uzaqda yaşayan sevgililərinə olan hisslərini qoruyub saxlamaq imkanı əldə edirlər.
 
Hər onuncu respondent deyib ki, virtual intim münasibətə daha çox üstünlük verirlər.
 
Rəyi soruşulanların 71 faizi bu tip əlaqə ilə evdə, 8 faizi isə iş yerində məşğul olduqlarını etiraf edib.

Emil Hüseynov



Baxış sayı: 753

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024