Tarix:04/03/14
AMEA-dan qeyd edilib ki, 2013-cü ilin noyabr ayında prezident İlham Əliyevin Türkiyəyə səfəri çərçivəsində “Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) və Türkiyə Elm və Texnoloji Araşdırmalar Şurası (TÜBİTAK) arasında elm və texnologiya sahəsində əməkdaşlıq haqqında Protokol” imzalanıb.
Protokola əsasən Azərbaycan tərəfindən əlaqələndirici qurum kimi AMEA, Türkiyə tərəfindən isə TÜBİTAK müəyyən edilib. Sənədə əsasən, AMEA-nın elmi müəssisələri müvafiq olaraq öz tərəfdaş təşkilatını müəyyənləşdirməli, qarşılıqlı razılıq əldə etməli və həmin təklif formalarını Azərbaycan və ingilis dillərində cari ilin iyulun 11-dək AMEA Beynəlxalq əlaqələr idarəsinə təqdim etməlidir.
Sonrakı mərhələdə tədqiqat və layihələr üzrə təkliflərin TÜBİTAK və AMEA tərəfindən qarşılıqlı razılıq əsasında müəyyənləşdirilərək təsdiq edilməsi nəzərdə tutulur.
Həqiqət İSABALAYEVA
Azərbaycan və Türkiyə arasında elm və texnologiya sahəsində birgə layihələr hazırlanacaq
Azərbaycan və Türkiyə arasında elm və texnologiya sahəsində birgə tədqiqat və layihələrin işlənməsi ilə bağlı təkliflərin verilməsi üçün müsabiqə elan olunub. Bu barədə Azərbaycan Milli Elmlər Akademiyasından (AMEA) məlumat verilib.AMEA-dan qeyd edilib ki, 2013-cü ilin noyabr ayında prezident İlham Əliyevin Türkiyəyə səfəri çərçivəsində “Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) və Türkiyə Elm və Texnoloji Araşdırmalar Şurası (TÜBİTAK) arasında elm və texnologiya sahəsində əməkdaşlıq haqqında Protokol” imzalanıb.
Protokola əsasən Azərbaycan tərəfindən əlaqələndirici qurum kimi AMEA, Türkiyə tərəfindən isə TÜBİTAK müəyyən edilib. Sənədə əsasən, AMEA-nın elmi müəssisələri müvafiq olaraq öz tərəfdaş təşkilatını müəyyənləşdirməli, qarşılıqlı razılıq əldə etməli və həmin təklif formalarını Azərbaycan və ingilis dillərində cari ilin iyulun 11-dək AMEA Beynəlxalq əlaqələr idarəsinə təqdim etməlidir.
Sonrakı mərhələdə tədqiqat və layihələr üzrə təkliflərin TÜBİTAK və AMEA tərəfindən qarşılıqlı razılıq əsasında müəyyənləşdirilərək təsdiq edilməsi nəzərdə tutulur.
Həqiqət İSABALAYEVA
Baxış sayı: 661
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır