Tarix:04/03/14
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, tədbirdə yenilənməsi başa çatan və istifadədən çıxarılan “Windows XP” və “Office 2003”-dən digər sistemlərə keçid məsələləri müzakirə edilib.
“Bu sistemlərin 2014-cü il aprelin 8-dən etibarən dəstəklənməsi dayandırılacaq. Hətta proqramın lisenziyalaşdırılmamış versiyaları yenilənməyəcək. Belə olan halda isə, şirkətlərin və dövlət müəssisələrinin şəbəkələrində boşluqların sayı artacaq. Burada artıq hər hansı informasiya təhlükəsizliyindən danışmağa gərək yoxdur, çünki bunu təmin etmək mümkün olmayacaq. Artıq şirkətlər və müəssisələr yeni əməliyyat sistemlərinə keçid haqda düşünməlidirlər və “Softline” şirkəti buna kömək etməyə hazırdır. Qeyd edim ki, araşdırmalar göstərib ki, “Windows XP”-nin sındırılma ehtimalı “Windows 8”-dən 8 dəfə çoxdur. Miqrasiya zamanı istifadəçilər “Windows 7” və “Windows 8” arasında seçim etməli olacaqlar”, deyə “Softline” Azərbaycan şirkətinin satış üzrə departamentinin rəhbəri Anar Əliyev bildirib.
Tədbirdə çıxış edən “Vmware” şirkətinin mühəndisi Yevgeni Ponomarenko qeyd edib ki, hazırda dövlət sektorunda “Windows XP”-dən istifadə edənlərin sayı çoxdur. “Windows 7” və “Windows 8” sistemlərinə özləri keçmək istəyən müəssisələrin 92%-i uğursuzluqla yekunlaşır və məlumat itkisinə səbəb olur”,- deyə o bildirib.
Seminarda E. Ponomarenko “VMware Mirage” həlli vasitəsilə “XP”-dən “Windows 7”-yə keçid prosesini nümayiş etdirib.
Bu həll desktopların virtuallaşdırılması (Virtual Desktop Infrastructure – VDI) – virtual mühitdə iş yerlərinin yaradılması anlamına gəlir.
İş yerlərinin virtuallaşdırılması texnologiyası vasitəsilə əməkdaşlar internetə çıxış olan istənilən qurğudan (smartfon, planşet kompüteri və s.) fərdi iş yerinə və korporativ informasiya resurslarına çıxış əldə edə bilər. “VDI”-nin tətbiqi şirkətə istifadəçilərin iş yerlərinin yaradılmasını və inzibatçılığını asanlaşdırmağa, İT infrastrukturunun çevikliyini təmin etməyə imkan verir. Sonda “Cisco VXI” həllinin təqdimatı keçirilib.
Aynur Vəliyeva
Bakıda “Windows”un yeni versiyalarına miqrasiya” mövzusunda seminar keçirilib
Bu gün “VmWare”, “Cisco” və “Softline” şirkətlərinin təşkilatçılığı ilə Bakıda “İş yerlərinin virtuallaşdırılması və “Windows”un yeni versiyalarına miqrasiya” mövzusunda seminar keçirilib.“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, tədbirdə yenilənməsi başa çatan və istifadədən çıxarılan “Windows XP” və “Office 2003”-dən digər sistemlərə keçid məsələləri müzakirə edilib.
“Bu sistemlərin 2014-cü il aprelin 8-dən etibarən dəstəklənməsi dayandırılacaq. Hətta proqramın lisenziyalaşdırılmamış versiyaları yenilənməyəcək. Belə olan halda isə, şirkətlərin və dövlət müəssisələrinin şəbəkələrində boşluqların sayı artacaq. Burada artıq hər hansı informasiya təhlükəsizliyindən danışmağa gərək yoxdur, çünki bunu təmin etmək mümkün olmayacaq. Artıq şirkətlər və müəssisələr yeni əməliyyat sistemlərinə keçid haqda düşünməlidirlər və “Softline” şirkəti buna kömək etməyə hazırdır. Qeyd edim ki, araşdırmalar göstərib ki, “Windows XP”-nin sındırılma ehtimalı “Windows 8”-dən 8 dəfə çoxdur. Miqrasiya zamanı istifadəçilər “Windows 7” və “Windows 8” arasında seçim etməli olacaqlar”, deyə “Softline” Azərbaycan şirkətinin satış üzrə departamentinin rəhbəri Anar Əliyev bildirib.
Tədbirdə çıxış edən “Vmware” şirkətinin mühəndisi Yevgeni Ponomarenko qeyd edib ki, hazırda dövlət sektorunda “Windows XP”-dən istifadə edənlərin sayı çoxdur. “Windows 7” və “Windows 8” sistemlərinə özləri keçmək istəyən müəssisələrin 92%-i uğursuzluqla yekunlaşır və məlumat itkisinə səbəb olur”,- deyə o bildirib.
Seminarda E. Ponomarenko “VMware Mirage” həlli vasitəsilə “XP”-dən “Windows 7”-yə keçid prosesini nümayiş etdirib.
Bu həll desktopların virtuallaşdırılması (Virtual Desktop Infrastructure – VDI) – virtual mühitdə iş yerlərinin yaradılması anlamına gəlir.
İş yerlərinin virtuallaşdırılması texnologiyası vasitəsilə əməkdaşlar internetə çıxış olan istənilən qurğudan (smartfon, planşet kompüteri və s.) fərdi iş yerinə və korporativ informasiya resurslarına çıxış əldə edə bilər. “VDI”-nin tətbiqi şirkətə istifadəçilərin iş yerlərinin yaradılmasını və inzibatçılığını asanlaşdırmağa, İT infrastrukturunun çevikliyini təmin etməyə imkan verir. Sonda “Cisco VXI” həllinin təqdimatı keçirilib.
Aynur Vəliyeva
Baxış sayı: 644
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır