12px13px15px17px
Tarix:05/03/14

Mobil operatorların reklam məsələləri parlamentdə müzakirə olundu

Azərbaycanda fəaliyyət göstərən mobil operatorların reklam məsələləri parlamentdə müzakirə edilib. “ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, deputatlar operatorların reklam SMS-ləri ilə bağlı fikirlərini bildiriblər. Millət vəkilləri abunəçilərin hüquqlarının pozulması ilə bağlı narahatlıqlarını ifadə ediblər.
 
Mobil operatorların göndərdiyi “spam”lardan şikayətlənən deputat Elmira Axundova bu cür halların insanları narahat etdiyini vurğulayıb: Mənim telefonuma hər gün 20-dən çox “spam” reklam mətnləri gəlir. Təkcə bir gün ərzində müxtəlif şirkətlərdən mesajlar alıram. Hamısının da məqsədi insanları aldatmaq, mənasız oyunlara cəlb etməkdir. Bu mesajları açanda balansdan məbləğ silinir. Nəzərə alsaq ki, bir ailədə 5-6 mobil telefon var, büdcəyə kifayət qədər ziyan dəydiyini söyləmək olar. Bu hallar daha çox “Bakcell”də müşahidə olunur”.
 
Problemi aradan qaldırmaq istiqamətində təklifinin də olduğunu vurğulayan E.Axundova qeyd edib ki, yeganə çıxış yolu abunəçinin istəyi olmadan ona hansısa reklam mesajının göndərilməsinin qadağan edilməsidir.
 
Parlamentin sədri Oqtay Əsədov da deputat həmkarlarının fikri ilə razılaşıb.
 
“İnsanların arzusu olmadan onun telefonu SMS-lə doldurulur” – deyən O.Əsədov bununla bağlı Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynliyə müraciət edərək məsələnin araşdırılmasını tapşırıb.
 
Seymur



Baxış sayı: 648

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






16 Aprel 2024

15 04 2024