12px13px15px17px
Tarix:05/03/14

“Twitter” ofisinin yeməkxanasında 140 illik daxmalar quraşdırılacaq


“Twitter” şirkətinin San-Fransiskoda yerləşən mənzil-qərargahında tirdən düzəldilmiş iki qədim daxma quraşdırılacaq.

"The Daily Mail” nəşrinin məlumatına görə, 1870-ci il tikililəri 1600 km məsafədə yerləşən Montana fermalarının birindən gətiriləcək. Əvvəlcə torpaq sahibləri tikilini sökmək istəsələr də, sonradan o, "Twitter” ofisinin dizaynı ilə məşğul olan "Lundberg Design” şirkəti tərəfindən satın alınıb.  

“Twitter” daxmaları quraşdırmaqla ümumi geniş yeməkxananı kiçik rahat otaqlara bölmək niyyətindədir.  
“Twitter” San-Fransiskonun Market Strit küçəsində yerləşən ofis binasına 2012-ci ildə köçüb. O vaxtdan şirkət binanın dizaynında ağacdan geniş istifadə etməklə çoxlu dəyişikliklər edib. “Lundberg Design” nümayəndələrinin bildirdiyinə görə, meşə ideyası şirkətin loqotipində quşla assosiasiya edilir, - "Lenta www.lenta.ru” yazır. 



Baxış sayı: 726

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024