Tarix:05/03/14
Əfqanıstanda "elektron hökumət"in qurulması layihəsi çərçivəsində baş tutan görüşdə qarşılıqlı əməkdaşlıqla bağlı müzakirələr aparılıb. Hər iki ölkənin müvafiq nazirlikləri və Azərbaycanın "SİNAM" LTD şirkəti tərəfindən həyata keçirilən işlər üzrə məruzələr dinlənilib. Bundan sonra isə Əfqanıstanın İKT sahəsində hazırkı tələbatlarının müəyyən olunması, bu ölkənin İKT sektorunda Azərbaycanın potensial iştirakı və sair mövzularda fikir mübadiləsi aparılıb.
Rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə bildirib ki, Azərbaycan və Əfqanıstan arasında inkişaf edən əməkdaşlıq İKT sahəsinə də sirayət edib. RİTN tərəfindən lazım olan köməkliyin bundan sonra da göstəriləcəyini qeyd edən nazir müavini bu vaxta qədər görülən işləri məqsədəuyğun hesab edib.
Öz növbəsində Əfqanıstanın rabitə və informasiya texnologiyaları nazirinin müavini Aimal Marjan ölkəsi adından Azərbaycan tərəfinə təşəkkürlərini çatdırıb. O, azərbaycanlı həmkarlarının böyük dəstəyi ilə Əfqanıstanda İKT sahəsində əhəmiyyətli işlər görüldüyünü qeyd edib. Bu əməkdaşlığın davam etdirilməsində maraqlı olduqlarını önə çəkən nazir müavini yaxın zamanlarda müzakirə edilən mövzularda mühüm nəticələrin əldə ediləcəyinə əminliyini ifadə edib.
Seymur Qasımbəyli
Azərbaycan və Əfqanıstan arasında İKT sahəsində əməkdaşlıq üzrə İşçi Qrupunun 3-cü iclası keçirilib
Bu gün Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində Azərbaycan və Əfqanıstan arasında İKT sahəsində əməkdaşlıq üzrə İşçi Qrupunun 3-cü iclası keçirilib.Əfqanıstanda "elektron hökumət"in qurulması layihəsi çərçivəsində baş tutan görüşdə qarşılıqlı əməkdaşlıqla bağlı müzakirələr aparılıb. Hər iki ölkənin müvafiq nazirlikləri və Azərbaycanın "SİNAM" LTD şirkəti tərəfindən həyata keçirilən işlər üzrə məruzələr dinlənilib. Bundan sonra isə Əfqanıstanın İKT sahəsində hazırkı tələbatlarının müəyyən olunması, bu ölkənin İKT sektorunda Azərbaycanın potensial iştirakı və sair mövzularda fikir mübadiləsi aparılıb.
Rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə bildirib ki, Azərbaycan və Əfqanıstan arasında inkişaf edən əməkdaşlıq İKT sahəsinə də sirayət edib. RİTN tərəfindən lazım olan köməkliyin bundan sonra da göstəriləcəyini qeyd edən nazir müavini bu vaxta qədər görülən işləri məqsədəuyğun hesab edib.
Öz növbəsində Əfqanıstanın rabitə və informasiya texnologiyaları nazirinin müavini Aimal Marjan ölkəsi adından Azərbaycan tərəfinə təşəkkürlərini çatdırıb. O, azərbaycanlı həmkarlarının böyük dəstəyi ilə Əfqanıstanda İKT sahəsində əhəmiyyətli işlər görüldüyünü qeyd edib. Bu əməkdaşlığın davam etdirilməsində maraqlı olduqlarını önə çəkən nazir müavini yaxın zamanlarda müzakirə edilən mövzularda mühüm nəticələrin əldə ediləcəyinə əminliyini ifadə edib.
Seymur Qasımbəyli
Baxış sayı: 916
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda telefon şəbəkəsinin tam elektronlaşdırılması vaxt hesabı ilə edilən ödəniş sisteminin tətbiqini tezləşdirə bilər
- Ermənilərin peykimiz haqda iddiaları əsassızdır
- Azərbaycan Respublikası Prezidentinin Fərmanı
- RİTN-də dövlət orqanlarının elektron xidmətlər göstərməsi müzakirə olunub
- “Microsoft” şirkəti ilə saziş imzalanıb
- Bakıda yeni universal taksofonlar qurulacaq
- “AzDataKom” şəbəkəsinin qurulması başa çatmaq üzrədir
- Qediyyatdan keçməyən radioelektron vasitələr
- Milli radiomonitorinq şəbəkəsi yaradılır
- Simsiz telefon Naxçıvanın 80%-dən çox ərazisini əhatə edir
- ABŞ-ın Dövlət katibinin köməkçisi “BakuTel” sərgisində iştirak edəcək
- Rabitə üzrə Qara Dəniz və Xəzər Tənzimləyici Konfransı başa çatdı
- “Amerika və Azərbaycan üçün biznes imkanları”
- Azərbaycan kibercinayətkarlıq üzrə beynəlxalq konfransda təmsil olunub
- Bakının elektronlaşdırılması başa çatdı