Tarix:05/03/14
Təsviri artırmaq üçün “Sony” daha böyük CMOS-sensorlardan istifadə edir. Bundan əlavə, müvafiq proqram təminatının hazırlanması nəzərdə tutulur.
Yeni modellər vasitəsilə Yaponiyanın nəhəng istehlak elektronikası ixracatçısı müşahidə kameralarının satış həcmini xeyli artırmağı planlaşdırır. 2015-ci maliyyə ilində şirkətin göstəricilərinin 2012-ci illə müqayisədə 3-4 dəfə artacağı gözlənilir.
Yaponiyanın “Nikkei” nəşrinin məlumatına görə, 2013-cü ildə dünya müşahidə kameralarının həcmi 700 milyard yen (6,82 milyard dollar) təşkil edib. 2015-ci ilədək bu göstəricinin 1 trilyon yenə yaxınlaşacağı gözlənilir. Bu, dünyada müşahidə olunan cinayətkarlıq və terrorizmlə mübarizənin güclənməsi sayəsində mümkün olacaq, - “DailyComm www.dailycomm.ru” yazır.
“4K” texnologiyası müşahidə kameralarında tətbiq ediləcək
2015-ci ilədək “Sony” şirkəti istehsal etdiyi müşahidə kameralarında “4K” texnologiyasının tətbiqini planlaşdırır. “Full HD” formatını dörd dəfə üstələyən yüksək təsvir ölçüsü sayəsində çəkilişin keyfiyyəti daha da yaxşılaşdırılacaq, həmçinin təsvirin ölçüsü artırılanda görüntü dəqiqliyini itirməyəcək ki, bu da videoçəkiliş kadrlarında cinayətkar ünsürləri tanımaqda böyük əhəmiyyət kəsb edir.Təsviri artırmaq üçün “Sony” daha böyük CMOS-sensorlardan istifadə edir. Bundan əlavə, müvafiq proqram təminatının hazırlanması nəzərdə tutulur.
Yeni modellər vasitəsilə Yaponiyanın nəhəng istehlak elektronikası ixracatçısı müşahidə kameralarının satış həcmini xeyli artırmağı planlaşdırır. 2015-ci maliyyə ilində şirkətin göstəricilərinin 2012-ci illə müqayisədə 3-4 dəfə artacağı gözlənilir.
Yaponiyanın “Nikkei” nəşrinin məlumatına görə, 2013-cü ildə dünya müşahidə kameralarının həcmi 700 milyard yen (6,82 milyard dollar) təşkil edib. 2015-ci ilədək bu göstəricinin 1 trilyon yenə yaxınlaşacağı gözlənilir. Bu, dünyada müşahidə olunan cinayətkarlıq və terrorizmlə mübarizənin güclənməsi sayəsində mümkün olacaq, - “DailyComm www.dailycomm.ru” yazır.
Baxış sayı: 670
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır