12px13px15px17px
Tarix:06/03/14

“Müasir şəraitdə informasiya-analitik fəaliyyətin təşkili” üzrə ixtisasartırma kursu fəaliyyətə başlayıb


AMEA Elmi İnnovasiyalar Mərkəzi və Odessa Milli Hüquq Akademiyasının Kiyev şəhərindəki Əqli Mülkiyyət İnstitutu ilə əməkdaşlıq müqaviləsinə uyğun olaraq EİM-də “Müasir şəraitdə informasiya-analitik fəaliyyətin təşkili” üzrə ixtisasartırma kursu fəaliyyətə başlayıb.
 
EİM-dən verilən məlumata görə, kurs 4 ay davam edəcək. Dərslər saat 11:00-da həftədə bir gün (cümə axşamı) keçiriləcək. Kursun proqramına gəlincə, mövzulara “İnformasiya və bilik innovasiya iqtisadiyyatının strateji resursudur”, “Əqli mülkiyyət, innovasiya fəaliyyəti və texnologiyaların transferinin əsasları”, “İnformasiya-analitik fəaliyyətin metodologiyası, təşkilati strukturları”, o cümlədən əsas metodoloji sistemlər,  predmet sahəsinin və modelləşdirmənin formalaşdırılması metodları, informasiya fəaliyyətinin qanunvericiliyinin əsasları, təşkilatda informasiya-analitik təminatın texnoloji dövrəsi, informasiya məhsulları və xidmətlərinin hazırlanmasının əsas prinsipləri daxildir.
 
Bundan başqa, əsas istiqamətlərə “Verilənlər bazasının yaradılması və məlumatların işlənməsi texnologiyaları”, eyni zamanda informasiyanın növləri və ixtisasartırma, idarəetmə prosesində informasiyanın rolu, informasiyanın toplanması və saxlanılması, verilənlərin strukturlaşdırılması, məlumatların vizuallaşdırılması aiddir.
 
 “Müasir şəraitdə informasiya-analitik fəaliyyətin təşkili” ixtisasartırma kursunun digər mövzuları sırasında  “OLAP”, “Data Mininq” məlumatlarının intellektual analizi sistemləri”, sistem analizi texnologiyası, elmi-texniki sferada sənədli informasiya arxivlərinin yaradılması, o cümlədən institusion repozitarilər və müəllif hüququnun qorunması problemləri, açıq informasiya arxivləri, elektron distansion təhsil və ixtisaslaşdırmanın artırılması sistemləri, elmi-texniki və informasiya sferalarında beynəlxalq əməkdaşlıq prinsipləri, informasiya-analitik xidmət sahəsinin reklam marketinq fəaliyyəti, respublikada aparılan elmi tədqiqat və təcrübi-konstruktor işlərinin dövlət qeydiyyatı və fondlaşdırılması yer alıb.
 
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 877

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024