12px13px15px17px
Tarix:06/03/14

Yüksək Texnologiyalar Parkı Azərbaycanın bütün iddialı şirkətlərini qlobal satış strategiyalarını aşılayan təlim kurslarında iştiraka dəvət edir

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin tabeliyində yaradılan Yüksək Texnologiyalar Parkı Azərbaycanın bütün iddialı şirkətlərini qlobal satış strategiyalarını aşılayan "İdeyaların bazara çıxarılması" və "Qlobal iddialar, qlobal satış"  mövzularında təşkil olunacaq təlim kurslarında  iştirak etməyə dəvət edir. 
 
Təlim kursları  2014-cü il  10  mart  və 14-15 aprel tarixlərində Bakı  şəhərində (Nizami küç., 203b, "AF Business House", 3-cü mərtəbə) keçiriləcək.
 
Bu təlimlər Azərbaycanın biliklərə əsaslanan iqtisadiyyatının dəstəklənməsinə istiqamətlənən proqramın tərkib hissəsi olaraq "YT Park" Azərbaycan tərəfindən təşkil edilib. Təlim kursları milli şirkətlərə beynəlxalq səviyyədə öz məhsullarının satışını və xidmətlərini təklif etmələri üçün təsirli strategiya formalaşdırmağa, erkən mərhələdə beynəlxalq səviyyədə rəqabət aparmaq üzrə bacarıqlarını artırmağa kömək etmək məqsədi daşıyır.
 
Kurslar Texnoloji Sahibkarlıq Mərkəzinin Massaçusets İnstitutunun təsisçisi və icraçı direktoru, hazırda Barselonada yerləşən "ESADE" Biznes məktəbində fəaliyyət göstərən professor Kennet P.Morse tərəfindən aparılacaq. K.Morse dünya üzrə 10.000-dən artıq sahibkar üçün təlim proqramlarını və  20-dən artıq  ölkədə seçilmiş yüksək potensiallı şirkətlər və aparıcı rəhbərlər üçün beynəlxalq səviyyədə akselerator proqramının təlimini aparıb.



Baxış sayı: 2170

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024