12px13px15px17px
Tarix:06/03/14

“Sazz 4G İnternet” 8 Mart münasibətilə xanımlar üçün xüsusi hədiyyə günləri keçirir

“Sazz 4G İnternet” provayderinin 8 Mart kampaniyasında iştirak edən bütün xanımlara “Sazz İnternet”ə bağlanmaq üçün lazım olan “Sazz USB”  fləş modem və səkkiz gün əlavə pulsuz internet hədiyyə ediləcək. Bunun üçün abunəçi müqaviləsini imzalayıb sadəcə iki aylıq abunə haqqını (50 AZN) ödəmək kifayətdir.

Bayram kampaniyası yalnız yeni müştərilər üçündür və 7,8,9 və 10 mart tarixlərində keçiriləcək.  Hədiyyə kampaniyasından faydalanmaq istəyən bütün xanımlardan “Sazz İnternet”in Süleyman Rüstəm küçəsi, 9 ünvanında yerləşən baş ofisinə və ya istənilən “Sazz 4G” satış nöqtəsinə müraciət edib şəxsiyyət vəsiqələrini təqdim etmək xahiş olunur.
 
Hazırda “Sazz İnternet” Bakı və Abşeron yarımadasında, habelə Xırdalan, Gəncə, Sumqayıt, Mingəçevir, Zaqatala, Balakən, Şəki, Qax, Quba, Qusar və Xaçmaz şəhərlərində xidmət göstərir.
“Sazz  İnternet”in xidmətləri, eləcə də kampaniya haqqında daha geniş məlumatları “www.sazz.az” saytından, “Sazz 4G Facebook” səhifəsindən, 191 nömrəli “qaynar xət”dən, habelə həftənin bütün günləri işləyən istənilən “Sazz 4G” satış nöqtəsindən əldə etmək olar.
 
 
 



Baxış sayı: 671

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024