12px13px15px17px
Tarix:06/03/14

Ali təhsilə dair suallar “Facebook” sosial şəbəkəsi vasitəsilə cavablandırılıb


Fevralın 24-dən 28-dək Təhsil Nazirliyinin (TN) “Facebook” səhifəsində ali təhsillə bağlı suallara cavab verilib.
 
“ICTnews” elektron xəbər xidmətinin TN-in rəsmi saytına istinadən verdiyi məlumata görə, bu müddətdə nazirliyin “Facebook” səhifəsinə, ümumilikdə, 326 sual daxil olub və ali təhsillə bağlı bütün suallar şərhlər vasitəsilə cavablandırılıb.
 
“Facebook” istifadəçilərinin sualları, əsasən, ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində təhsil alanların köçürülməsi, bərpa olunması və akademik məzuniyyət götürməsi (33 faiz), bakalavriat və magistratura səviyyələrində kredit sistemi ilə tədrisin təşkili (22 faiz), təhsilalma formasının dəyişdirilməsi (7 faiz), ali təhsil haqqında sənədin tanınması (6 faiz), Azərbaycan Müəllimlər İnstitutunun filiallarının fəaliyyəti (5 faiz), təhsil haqqı (2 faiz), xaricdə təhsil (2 faiz) və digər məsələləri əhatə edib.
 
Qeyd edək ki, bu tədbir geniş ictimaiyyət arasında ölkədə ali təhsilin inkişafı ilə bağlı aparılan islahatlara böyük marağın olmasını bir daha üzə çıxarıb. Təhsil Nazirliyi əhalinin bütün təbəqələrinin fikirlərinə xüsusi önəm verərək bu ənənəni davam etdirmək, gələcək fəaliyyətində konstruktiv təklifləri nəzərə almaq niyyətindədir.
 
CAHANGİR



Baxış sayı: 833

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024