Tarix:06/03/14
Akademiyadan verilən məlumata görə, layihə çərçivəsində portalın innovasiya texnologiyaları əsasında yeni inkişaf konsepsiyası və strukturu işlənilib. Portalın yeni dizaynının, proqram təminatının işlənilməsi, kontenti üzrə formaların, statik informasiyasının yeniləndirilməsi üzrə işlər artıq başa çatmaq üzrədir. “www.science.gov.az”-ın yeni versiyasında innovativ texnologiyaların tətbiqi ilə yanaşı, AMEA qurumları və əməkdaşları haqqında informasiya təminatının da yeniləndirilməsi istiqamətində kompleks tədbirlər görülür. Portalda AMEA-nın qurumları tərəfindən keçirilən mühüm elmi tədbirlərin onlayn yayımını həyata keçirən “ElmTV” də fəaliyyət göstərəcək. “www.science.gov.az”-ın yaxın vaxtlarda istismara verilməsi nəzərdə tutulub.
Qeyd edək ki, ölkənin elmi ictimaiyyəti üçün mühüm əhəmiyyət kəsb edən portala 2013-cü ildə 1 milyona yaxın müraciət qeydə alınıb. “www.science.gov.az” AMEA-nın institut və təşkilatlarında çalışan alim və mütəxəssislərin hər birinin öz elmi fəaliyyətləri və nəticələrini dünyanın intellektual fəzasında tanıtmasına geniş imkanlar yaradır. Portal AMEA Rəyasət Heyəti Mərkəzi Aparatının, AMEA-nın elmi müəssisə və digər təşkilatlarının strukturu və fəaliyyətini, AMEA-nın həqiqi və müxbir üzvlərinin, elmi müəssisə və digər təşkilatlarında çalışan elmlər doktorlarının elmi fəaliyyətlərinin əsas istiqamətlərini, elmi nailiyyətlərini, elmi-pedaqoji fəaliyyətlərini, əsas elmi əsərlərinin adlarını üç dildə (Azərbaycan, rus və ingilis) dəqiq və tam şəkildə əks etdirən böyük informasiya bazasına və güclü axtarış imkanlarına malik olan informasiya sistemidir.
Həqiqət İSABALAYEVA
Azərbaycanın ilk veb-saytı yaxın vaxtlarda yeni versiyada istismara veriləcək
Azərbaycanın ilk veb-saytının müasir veb-standartlara uyğun versiyasının hazırlanması istiqamətində işlər davam edir. Azərbaycan Milli Elmlər Akademiyasının 1995-ci ildən fəaliyyətə başlayan “www.science.gov.az” rəsmi veb-portalının yeni versiyası hazırlanır.Akademiyadan verilən məlumata görə, layihə çərçivəsində portalın innovasiya texnologiyaları əsasında yeni inkişaf konsepsiyası və strukturu işlənilib. Portalın yeni dizaynının, proqram təminatının işlənilməsi, kontenti üzrə formaların, statik informasiyasının yeniləndirilməsi üzrə işlər artıq başa çatmaq üzrədir. “www.science.gov.az”-ın yeni versiyasında innovativ texnologiyaların tətbiqi ilə yanaşı, AMEA qurumları və əməkdaşları haqqında informasiya təminatının da yeniləndirilməsi istiqamətində kompleks tədbirlər görülür. Portalda AMEA-nın qurumları tərəfindən keçirilən mühüm elmi tədbirlərin onlayn yayımını həyata keçirən “ElmTV” də fəaliyyət göstərəcək. “www.science.gov.az”-ın yaxın vaxtlarda istismara verilməsi nəzərdə tutulub.
Qeyd edək ki, ölkənin elmi ictimaiyyəti üçün mühüm əhəmiyyət kəsb edən portala 2013-cü ildə 1 milyona yaxın müraciət qeydə alınıb. “www.science.gov.az” AMEA-nın institut və təşkilatlarında çalışan alim və mütəxəssislərin hər birinin öz elmi fəaliyyətləri və nəticələrini dünyanın intellektual fəzasında tanıtmasına geniş imkanlar yaradır. Portal AMEA Rəyasət Heyəti Mərkəzi Aparatının, AMEA-nın elmi müəssisə və digər təşkilatlarının strukturu və fəaliyyətini, AMEA-nın həqiqi və müxbir üzvlərinin, elmi müəssisə və digər təşkilatlarında çalışan elmlər doktorlarının elmi fəaliyyətlərinin əsas istiqamətlərini, elmi nailiyyətlərini, elmi-pedaqoji fəaliyyətlərini, əsas elmi əsərlərinin adlarını üç dildə (Azərbaycan, rus və ingilis) dəqiq və tam şəkildə əks etdirən böyük informasiya bazasına və güclü axtarış imkanlarına malik olan informasiya sistemidir.
Həqiqət İSABALAYEVA
Baxış sayı: 803
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib