Tarix:07/03/14
Bunu nəzərə alan hökumət nümayəndələri qeyd edirlər ki, “Bitcoin”in fəaliyyətini tənzimləmək mümkün olmadığından banklara öz maraqları və ya müştərilərin maraqları naminə bu ödəniş vasitəsilə işləmək qadağan edilib. Rəsmi Tokionun “Bitcoin” ilə mübarizəsinin əsasını bu ödəniş vasitəsinin dünyada heç bir maliyyə institutu tərəfindən tənzimlənməməsi və zəmanət verilməməsi, eləcə də stabil ödəniş qabiliyyətinə malik olmaması təşkil edir.
Bundan başqa, hökumət rəsmiləri vurğulayırlar ki, hazırda “Bitcoin”in real iqtisadi əsasa malik olmayan məzənnəsinin dəyişməsi riski ilə üzləşməsi çox yüksəkdir. Məsələn, 2011-ci ildə 1“Bitcoin”in dollara nisbəti 2 dollar təşkil etdiyi halda 2013-cü ilin payızında 1000 dollarlıq həddi ötdükdən sonra iki dəfədən çox aşağı düşüb.
“Bitcoin” dünyanın heç bir ölkəsinə məxsus deyil və mərkəzləşdirilmiş server olmadan müstəsna olaraq müəyyən proqram təminatı istifadəçiləri arasında dövr edir. Odur ki, rəqəmli pullardan istifadə edilərək həyata keçirilən bütün tranzaksiyalar sadəcə anonim şəklində olur, - “Cybersecurity www.cybersecurity.ru” yazır.
Yaponiya hökuməti “Bitcoin” valyutasını pul vahidi kimi qəbul etmir
Yaponiya hökuməti “Bitcoin” virtual valyutasına dair mövqeyini bildirən xüsusi əmr verib. Hökumət nümayəndələri virtual valyutanı qanunvericilik səviyyəsində qadağan etmək niyyətində olmadıqlarını bildirsələr də, onu pul vəsaiti və ya onun ekvivalenti kimi qəbul etmədiklərini bəyan ediblər.Bunu nəzərə alan hökumət nümayəndələri qeyd edirlər ki, “Bitcoin”in fəaliyyətini tənzimləmək mümkün olmadığından banklara öz maraqları və ya müştərilərin maraqları naminə bu ödəniş vasitəsilə işləmək qadağan edilib. Rəsmi Tokionun “Bitcoin” ilə mübarizəsinin əsasını bu ödəniş vasitəsinin dünyada heç bir maliyyə institutu tərəfindən tənzimlənməməsi və zəmanət verilməməsi, eləcə də stabil ödəniş qabiliyyətinə malik olmaması təşkil edir.
Bundan başqa, hökumət rəsmiləri vurğulayırlar ki, hazırda “Bitcoin”in real iqtisadi əsasa malik olmayan məzənnəsinin dəyişməsi riski ilə üzləşməsi çox yüksəkdir. Məsələn, 2011-ci ildə 1“Bitcoin”in dollara nisbəti 2 dollar təşkil etdiyi halda 2013-cü ilin payızında 1000 dollarlıq həddi ötdükdən sonra iki dəfədən çox aşağı düşüb.
“Bitcoin” dünyanın heç bir ölkəsinə məxsus deyil və mərkəzləşdirilmiş server olmadan müstəsna olaraq müəyyən proqram təminatı istifadəçiləri arasında dövr edir. Odur ki, rəqəmli pullardan istifadə edilərək həyata keçirilən bütün tranzaksiyalar sadəcə anonim şəklində olur, - “Cybersecurity www.cybersecurity.ru” yazır.
Baxış sayı: 755
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır