Tarix:07/03/14
Əldə edilən patentlərin sayı üzrə Avropa reytinqinin lideri 2833 patent alan Cənubi Koreyanın “Samsung” şirkətidir. Reytinqin liderlər üçlüyünə həmçinin “Siemens” (1974 patent) və “Philips” (1839 patent) şirkətləri daxildir. 2013-cü ilin yekunları üzrə patent sayını xeyli artıran digər texnoloji şirkətlərdən reytinqdə “LG”, “Qualcomm” və “Ericsson” yer alıb. Patentlərin sayına görə şirkətlər onluğunda Avropa şirkətlərinin sayı beş təşkil edir.
Ötən il kompüter texnologiyaları ilə əlaqədar patentlərin sayı 2012-ci ilin göstəricisi ilə müqayisədə 5 faiz artaraq 9059 təsdiq edilmiş müraciət təşkil edib. Telekommunikasiya sahəsində həmin dövr ərzində patentlərin sayı 7 faiz azalaraq 9101 ədəd olub. 2013-cü ildə ümumilikdə Avropa Patent Komissiyası 66,7 min patent verib ki, bu da 2012-ci ilin nəticəsindən 1,6 faiz çoxdur.
2013-cü ildə ABŞ-da ən çox (6,8 min) patent alan şirkət “IBM” olub. Ondan sonrakı yerdə 4,68 min patentlə “Samsung” qərarlaşıb. Patent sayının artım tempinə görə lider payını ilin yekunları üzrə 62 faiz artıran “Qualcomm” şirkəti seçilib. Bundan əlavə, reytinqdə “Google” (11-ci yer) və “Apple” (13-cü yer) şirkətləri öz mövqeyini xeyli möhkəmlədib, - "Digit www.digit.ru” yazır.
2013-cü ildə İT şirkətləri Avropada alınan patentlərin sayına görə lider olub
Texnoloji şirkətlər 2013-cü ildə Avropada qeydə alınan patentlərin sayı üzrə reytinqdə lider olub. Bu barədə Avropa Patent Komissiyasının hesabatında deyilir.Əldə edilən patentlərin sayı üzrə Avropa reytinqinin lideri 2833 patent alan Cənubi Koreyanın “Samsung” şirkətidir. Reytinqin liderlər üçlüyünə həmçinin “Siemens” (1974 patent) və “Philips” (1839 patent) şirkətləri daxildir. 2013-cü ilin yekunları üzrə patent sayını xeyli artıran digər texnoloji şirkətlərdən reytinqdə “LG”, “Qualcomm” və “Ericsson” yer alıb. Patentlərin sayına görə şirkətlər onluğunda Avropa şirkətlərinin sayı beş təşkil edir.
Ötən il kompüter texnologiyaları ilə əlaqədar patentlərin sayı 2012-ci ilin göstəricisi ilə müqayisədə 5 faiz artaraq 9059 təsdiq edilmiş müraciət təşkil edib. Telekommunikasiya sahəsində həmin dövr ərzində patentlərin sayı 7 faiz azalaraq 9101 ədəd olub. 2013-cü ildə ümumilikdə Avropa Patent Komissiyası 66,7 min patent verib ki, bu da 2012-ci ilin nəticəsindən 1,6 faiz çoxdur.
2013-cü ildə ABŞ-da ən çox (6,8 min) patent alan şirkət “IBM” olub. Ondan sonrakı yerdə 4,68 min patentlə “Samsung” qərarlaşıb. Patent sayının artım tempinə görə lider payını ilin yekunları üzrə 62 faiz artıran “Qualcomm” şirkəti seçilib. Bundan əlavə, reytinqdə “Google” (11-ci yer) və “Apple” (13-cü yer) şirkətləri öz mövqeyini xeyli möhkəmlədib, - "Digit www.digit.ru” yazır.
Baxış sayı: 698
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır