12px13px15px17px
Tarix:07/03/14

Azərbaycan gəncliyi internetdə birləşir

Azərbaycanın gənclər təşkilatları ölkədə vüsət alan elektronlaşma istiqamətində daha bir uğurlu addım atıblar.
 
Belə ki, gənclər təşkilatları institutunun gücləndirilməsi və gənclər siyasətinə dəstək prinsiplərini əsas tutaraq yaradılan “www.nayora.az” saytı yenilənərək yenidən gənclərin istifadəsinə verilib. 110 gənclər təşkilatını özündə birləşdirən, respublikanın ən böyük gənclər platforması sayılan və ARGTMŞ-nin istifadəçilər üçün  yaratdığı bir sıra imkanlarına görə xüsusilə fərqlənən saytda şuranın üzvü olan gənclər təşkilatlarının hər biri üçün xüsusi profillər fəaliyyətə verilib. Bu profillər vasitəsilə təşkilatlar öz məlumat, elan və  xəbərlərini ictimaiyyətlə bölüşə biləcəklər. Saytın rəsmi təqdimatında vurğulanıb ki, “www.nayora.az” Azərbaycanda yaradılan ilk virtual gənclər platforması olmaqla yanaşı, şuranın üzvü olan gənclər təşkilatlarının hər biri üçün xüsusi profillərin fəaliyyətə verilməsi vasitəsilə, təşkilatların öz məlumat, elan və xəbərlərini gənclərlə operativ surətdə bölüşə bilmələri üçün səmərəli imkanlar yaradacaq.
 
 
Saytda ən unikal yeniliklərdən biri e-xidmətlər bölməsidir. Bu bölməyə e-gənclər təqvimi, e-gənclər xəritəsie-üzvlük altbölmələri daxildir. Belə ki, e-gənclər təqvimi altbölməsinə daxil olan hər bir istifadəçi Azərbaycanda qeyd edilən xüsusi və gənclərlə bağlı olan bütün əlamətdar günləri, keçirilən tədbir, layihə və fəaliyyətləri tarixinə görə araşdırıb o tədbirlərdə iştirak edə bilər. e-gənclər xəritəsi altbölməsinə daxil olan istifadəçi axtarışını şəhər və rayonlara görə təsnif edərək, orada fəaliyyət göstərən gənclər və idman idarələri, gənclər mərkəzi və gənclər evi, onların ünvanları, əlaqə vasitələri barədə məlumatlar ala, virtual platformada hər bir gənci maraqlandıra biləcək bütün sualların cavabını tapa, üzv olduğu və ya üzv olmaq istədiyi təşkilatlar haqqında ətraflı məlumatlar əldə edə biləcək. e-üzvlük altbölməsində isə ARGTMŞ-yə elektron qaydada üzvlüyə müraciət məktubu və gərəkli olan bütün sənədlərin təqdim olunması üçün münbit şərait yaradılıb.
 
 
Qeyd edək ki, uğurla istifadəyə verilən “www.nayora.az”  virtual platforması Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının “3G” strategiyası çərçivəsində yaradılıb. “3G” (“Gənclər”) strategiyası özündə 3 əsas prioritet istiqaməti birləşdirir - gənclər siyasətinə dəstək,  gənclərin əməkdaşlıq imkanlarının artırılması və gənclər təşkilatları institutunun gücləndirilməsi. Məhz bu strategiyadan irəli gələrək Azərbaycanda fəaliyyət göstərən gənclər təşkilatları birləşərək, baş verən bütün yenilikləri vahid bir platforma vasitəsilə paylaşma imkanına sahib olacaqlar.
 
Seymur
 



Baxış sayı: 897

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024