Tarix:11/03/14
Azərbaycanda ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) maliyyə dəstəyi ilə “Transparency International” təşkilatının milli bölməsi olan “Şəffaflıq Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyi tərəfindən icra olunan Azərbaycan Şəffaflıq Tərəfdaşlığı Layihəsi çərçivəsində “Onlayn şəffaflıq” mövzusunda araşdırmalar aparılır.
“ICTnews” xəbər xidmətinin verdiyi məlumata görə, bu barədə İctimai Birliyin icraçı direktoru Rəna Səfərəliyeva məlumat verərək bildirib ki, cari ilin aprel ayında ölkənin dövlət qurumlarının, o cümlədən yerli Mərkəzi İcra hakimiyyətlərinin “Onlayn şəffaflıq” ilə bağlı monitorinqin nəticələri geniş ictimaiyyətə təqdim ediləcək.
“Bir çox qurumlar kağızdan ayrıla bilmirlər. Misal üçün, baxmayaraq ki, Ədliyyə Nazirliyinin rəsmi saytında qrantın mövcudluğunu yoxlamaq üçün xüsusi bölüm var, bəzi qurumlar mütləq bunu təsdiqləyə biləcək möhürlü, imzalı kağız sənəd tələb edirlər. Bunun əsas səbəbi müəyyən vəzifələrin icraçılarının mentaliteti və elektron sənəd dövriyyəsi ilə, onlayn kargüzarlıqla bağlı qanundakı boşluqlardır”,- deyə o bildirib.
R. Səfərəliyevanın sözlərinə əsasən, artıq bu gün monitorinqin ilkin nəticələrinə əsasən demək olar ki, elektron xidmətlərin təşkilində ictimaiyyətin iştirakı çox aşağı səviyyədədir, dövlət qurumlarının ictimaiyyətlə məsləhətləşmə səviyyəsi aşağı səviyyədədir.
Yerli icra hakimiyyətlərinin saytları əsasən bu qurumların fəaliyyətinin reklamına həsr edilib, elektron xidmətlərin sayı çox azdır və olan xidmətlər o qədər də reklam edilmir.
Aynur Vəliyeva
Azərbaycanda “Onlayn şəffaflıq” mövzusunda monitorinqin nəticələri yaxın bir ay ərzində təqdim ediləcək

Baxış sayı: 662
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır