12px13px15px17px
Tarix:11/03/14

Bir terabayt tutumlu optik disklər təqdim olunub


“Sony” və “Panasonic” şirkətləri “Archival Disc” (“Arxiv diski”) standartlı optik disklər təqdim edib. Məlumatların uzunmüddətli saxlanılması üçün nəzərdə tutulan disklərin tutumu bir terabayt təşkil edə bilər. Bu barədə “Sony” şirkətinin məlumatında deyilir.

Disklərin üç variantda – 300 giqabayt, 500 giqabayt və 1 terabayt tutumda buraxılması planlaşdırılır. İlk öncə 2015-ci ilin yayında 300 giqabaytlıq disk buraxılacaq. Toplayıcının qiyməti barədə hələ ki məlumat verilmir. 

300 giqabaytlıq disk ikitərəfli olacaq. Hər bir tərəfdə üç informasiya qatı yerləşməklə zolaqlar arasında məsafə 0,225 mikrometr təşkil edəcək. Disk “Blu-ray” kimi dalğa uzunluğu 405 nanometr təşkil edən lazerlə işləmək üçün nəzərdə tutulacaq.

Toplayıcıda informasiyanı yalnız bir dəfə yazmaq (write-once) mümkündür. Diskə müəyyən informasiya yazıldıqda onu yenidən yazmaq və ya əlavə məlumatlar daxil etmək qeyri-mümkün olacaq.
Optik diskin tutumu çarpaz maneələrin aradan qaldırılması texnologiyası sayəsində artırılıb. Maneələr nə qədər güclü olsa, bir o qədər onlar arasında məsafə azalır. Xatırladaq ki, “CD”-nin tutumu 700 meqabayt, “Blu-ray” diskinin 128 giqabaytadək təşkil edir.  

“Sony” və “Panasonic” bəyan edib ki, yeni toplayıcı hazırlanan zaman optik disklərə məlumatları daha etibarlı şəkildə saxlamasına görə üstünlük verilib. Xüsusilə disklərdə bu üstünlük rütubət və temperatur təsirlərinə davamlılıqda özünü büruzə verir, - "Lenta www.lenta.ru” yazır.

 
 



Baxış sayı: 1231

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024