12px13px15px17px
Tarix:11/03/14

Avropa və Sinqapuru 20 min kilometrlik kabel birləşdirəcək


On beş telekommunikasiya şirkəti qrupunun daxil olduğu “Sea-Me-We 5” konsorsiumu “NEC” və “Alcatel-Lucent” şirkətləri ilə Avropa və Sinqapur arasında yüksəksürətli rabitə bağlantısını təmin edəcək sualtı kabelin çəkilməsinə dair bir neçə yüz milyon dollar dəyərində saziş imzalayıblar.

“South East Asia-Middle East-Western Europe” (Sea-Me-We) say etibarilə konsorsium üçün beşinci belə layihə olan 20 min kilometrlik kabelin çəkilməsini maliyyələşdirəcək. Yeni kabel 100 Qbit/saniyə buraxılış qabiliyyətinə malik olacaq. “Alcatel-Lucent” şirkəti kabel sisteminin qərb hissəsini – Avropadan Şri-Lankayadək, “NEC” şirkəti isə Sinqapur, Banqladeş, Myanma, Tailand və İndoneziyadan keçən hissəsini çəkəcək.  

Hazırda konsorsiuma “Bangladesh Submarine Cable Company”, “China Mobile”, “China Telecom Global”, “China United Network Communications Group Company”, “Emirates Integrated Telecommunications”, “Orange”, “Myanmar Posts and Telecommunications”, “Saudi Telecom Company”, “SingTel”, “Sri Lanka Telecom”, “TOT”, “PT Telekommunikasi Indonesia International”, “Telecom Italia Sparkle”, “Telekom Malaysia Berhad” və “Yemen International Telecommunications” (TeleYemen) şirkətləri daxildir.

Konsorsiumun bəyanatında deyilir ki, dəniz dibindən kabel sisteminin çəkilməsi mürəkkəb iş olsa da, belə sistemlər dünya miqyasında şəbəkə infrastrukturunun çatışmazlığı ilə əlaqədar bir sıra problemlərin həllinə xidmət edir, rabitənin dayanıqlığını artırır və yüzlərlə terabaytlıq məlumatların marşrutlarını yeni üsulda qurmağa imkan verir. “Alcatel-Lucent” nümayəndələri bildiriblər ki, kabel suyun 1500 metr dərinliyindən keçəcək, kabeli çəkən xüsusi avadanlıq isə gündə 5-35 km kabel çəkə biləcək, - “Cybersecurity www.cybersecurity.ru” yazır.  



 



Baxış sayı: 665

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024