12px13px15px17px
Tarix:11/03/14

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşkilatçılığı ilə Azərbaycanın İT şirkətləri “CeBIT -2014”-də iştirak edir

Martın 10-da Almaniyanin Hannover şəhərində öz işinə başlayan dünyanın informasiya və telekommunikasiya texnologiyalarına həsr olunmuş ən böyük beynəlxalq sərgisi – “CeBIT-2014 (Centrum für Büroautomation, Informationstechnologie und Telekommunikation)” fəaliyyətini davam etdirir.
 
 
Martın 14-nə qədər davam edəcək tədbirdə Azərbaycanı Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşkilatçılığı (RYTN) və rəhbərliyi ilə ölkənin aparıcı İKT şirkətləri təmsil edirlər. Rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadənin rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibinə Yüksək Texnologiyalar Parkı, “Trans-Avrasiya Super İnformasiya Magistralı (TASİM)” beynəlxalq layihəsi, “ASAN xidmət”in rəhbərliyi və digər qurumlar daxildir.
 
 
Qeyd edək ki, “Deutsche Messe AG” şirkətinin təşkilatçılığı ilə 1947-ci ildən etibarən baş tutan və sürətlə inkişaf edən “CeBIT”-i artıq 850 mindən çox ziyarətçi seyr edir.  450 000 kv.м-lik sahədə ən müasir texnologiyaları, innovativ tətbiqləri nümayiş etdirərək, İKT sahəsinin inkişaf göstəricisinə çevrilən bu beynəlxalq sərgidə Azərbaycan da ənənəvi olaraq hər il iştirak edir. 1999-cu ildən etibarən “Deutsche Messe AG” sərginin Almaniya xaricində də təşkilinə dəstək verir. Belə ki, “CeBIT” indiyə qədər Çində, Avstraliyada, Türkiyədə və ABŞ-da təşkil edilib.
 
Mövzularını hər il bir istiqamətə həsr edən “CeBIT-2014” çərçivəsində təşkil ediləcək qlobal konfranslarda İT biznesində yeni perspektivlər, son tendensiyalar, innovativ qərarlar, İT bazarına son daxilolmalar, gələcəyə baxış və s. məsələlər nəzərdən keçiriləcək.



Baxış sayı: 1056

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024