12px13px15px17px
Tarix:11/03/14

Mobil nömrə daşınması xidməti uğurla tətbiq olunur

Məlum olduğu kimi, respublika ərazisində mobil (sellülar) nömrə daşınması xidməti 01 fevral 2014-cü il tarixindən etibarən fəaliyyətə başlayıb.
 
Hazırda xidmətin tətbiqi uğurla davam etdirilir.  
Məlumat üçün qeyd edirik ki, abunəçinin digər operatorun şəbəkəsinə nömrəsinin daşınması üçün tələb olunan müddət 6 (altı) iş günü təşkil edir. Abunəçilər mövcud nömrələrini saxlamaq şərti ilə seçdikləri digər mobil operatorların müştəri xidmətlərinə müraciətlər edir və nömrə daşınması xidmətindən yararlanırlar.
 
Xidmətin əsas məqsədi mövcud telekommunikasiya bazarında rəqabətin artırılmasına, operatorlar tərəfindən abunəçilərə göstərilən xidmət keyfiyyətinin yüksəldilməsinə, nömrə resurslarından effektiv istifadənin təmin edilməsinə, istehlakçı hüquqlarının qorunmasına, abunəçilərin daha səmərəli xidmət təklifi təqdim edən operatorun şəbəkəsinə maneəsiz keçməsinə şərait yaratmaqdan  ibarətdir.
 
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bəyan edir ki, nömrə daşınmasından bir sıra hallarda imtina oluna bilər. Belə ki, daşınması tələb olunan nömrə abunəçiyə aid olmadıqda, abunəçi barədə məlumatlarda səhv olduqda, daşınması tələb olunan nömrə üzrə borc olduqda imtina halı mümkündür.
 
Bundan başqa, daşınması tələb olunan nömrə üzrə abunə müqaviləsinin dayandırılması barədə abunəçinin verici operatora müraciəti olduqda və ya müqavilə ləğv edildikdə, daşınması tələb olunan nömrənin verici operator tərəfindən abunəçinin istifadəsinə verildiyi tarixdən 3 (üç) ay müddət keçmədikdə (həmin abunəçinin fiziki şəxs olduqda şəxsiyyətini təsdiq edən sənədlərdə, hüquqi şəxs olduqda isə hüquqi şəxslərin dövlət reyestrində olan məlumatlarda dəyişiklik edilməsi ilə əlaqədar müqavilənin yenilənməsi bu bənddə göstərilən müddətin yenilənməsinə səbəb olmur), verici operator və abunəçi arasında abunə müqaviləsindən irəli gələn hər hansı məhkəmə işi üzrə yekun qərar qəbul edilənə kimi mübahisələr olduqda imtina nömrə daşınmasından oluna bilər.
 
Xatırladaq ki, bu xidmət ümumistifadəli telekommunikasiya şəbəkəsi daxilində abunəçinin istifadə etdiyi sellülar (mobil) nömrənin (nömrəni saxlamaq şərti ilə) həmin abunəçiyə sellülar (mobil) xidməti göstərən mobil operatorun şəbəkəsindən çıxarılaraq digər mobil operatorun şəbəkəsinə daşınmasına imkan yaradır.
 
 
 



Baxış sayı: 899

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024