Tarix:11/03/14
Yeni plastik kartların sifariş olunması üçün nazirlik yaxın vaxtlarda satınalmalar haqqında qanunvericiliyin tələblərinə uyğun şəkildə bank müəssisələri arasında müvafiq qaydada açıq tender keçirəcək.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, tenderin şərtlərinə uyğun olaraq hazırlanmış yeni plastik ödəniş kartları ünvanlı yardım təyinatı aparılmış vətəndaşlara bank müəssisələri tərəfindən şəxsən təqdim ediləcək. Bu tədbir əvvəllər mövcud olmuş çatışmazlıqların aradan qalxmasına, təyin olunmuş yardımı almaq üçün verilən plastik kartların məhz aztəminatlı ailələrin özlərində olmasına gətirib çıxaracaq.
Qeyd edək ki, cari ilin 1 fevral tarixinə respublikada 135 min ailəyə ünvanlı dövlət sosial yardımı ödənilir. Ünvanlı sosial yardım alan ailələrin siyahısı nazirliyin “www.mlspp.gov.az” adlı rəsmi internet saytının ön səhifəsində yerləşdirilib.
Həqiqət İSABALAYEVA
Ünvanlı sosial yardım ödənişi üçün bütün plastik kartlar yeniləri ilə əvəz olunacaq
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ünvanlı sosial yardımın bankomatlar vasitəsilə alınması üçün verilmiş bütün plastik ödəniş kartlarının yeniləri ilə əvəz olunması nəzərdə tutulur. Bu tədbir ünvanlı dövlət sosial yardımlarının təyinatı və ödənişi sistemində neqativ halların aradan qaldırılması və şəffaflığın təminatı istiqamətində aparılan islahat tədbirlərinin davamı olaraq həyata keçiriləcək.Yeni plastik kartların sifariş olunması üçün nazirlik yaxın vaxtlarda satınalmalar haqqında qanunvericiliyin tələblərinə uyğun şəkildə bank müəssisələri arasında müvafiq qaydada açıq tender keçirəcək.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, tenderin şərtlərinə uyğun olaraq hazırlanmış yeni plastik ödəniş kartları ünvanlı yardım təyinatı aparılmış vətəndaşlara bank müəssisələri tərəfindən şəxsən təqdim ediləcək. Bu tədbir əvvəllər mövcud olmuş çatışmazlıqların aradan qalxmasına, təyin olunmuş yardımı almaq üçün verilən plastik kartların məhz aztəminatlı ailələrin özlərində olmasına gətirib çıxaracaq.
Qeyd edək ki, cari ilin 1 fevral tarixinə respublikada 135 min ailəyə ünvanlı dövlət sosial yardımı ödənilir. Ünvanlı sosial yardım alan ailələrin siyahısı nazirliyin “www.mlspp.gov.az” adlı rəsmi internet saytının ön səhifəsində yerləşdirilib.
Həqiqət İSABALAYEVA
Baxış sayı: 662
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır