Tarix:11/03/14
Bu fikri Xəzər Universitetinin təsisçisi, professor Hamlet İsaxanlı Bakıda keçirilən Azərbaycan Vikipediyaçılarının "Vikipediya virtual ensiklopediyası Azərbaycanda: problemlər və perspektivlər" mövzusunda I Milli Forumunda bildirib. Azərbaycanda "Vikipediya" hərəkatının bir qədər gec başladığını söyləyən Xəzər Universitetinin təsisçisi, professor Hamlet İsaxanlı bildirib ki, ölkəmiz "Vikipediya"ya qoşulduğu ilk vaxtlarda müsəlman ölkələri arasında 5-ci yerdə idi: "Lakin bu proses getdikcə zəiflədi".
AMEA-nın məlumatına görə, "Vikipediya" idarəçiləri, sosial media mütəxəssisləri, alim və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbirdə "İrəli" İctimai Birliyinin sədri Rauf Mərdiyev bildirib ki, forumun keçirilməsində əsas məqsəd Azərbaycan "Vikipediya"sının mövcud vəziyyəti, problemləri və onların həlli yollarını müzakirə etməkdir.
Tədbirdə çıxış edən millət vəkili Aydın Mirzəzadə qeyd edib ki, "Vikipediya" hazırda məlumat mənbəyi olmaqla yanaşı, həm də siyasi mübarizə müstəvisidir. Onun sözlərinə görə, "Vikipediya"da bir gün ərzində Azərbaycan dilində orta hesabla 20 məqalə hazırlanır ki, bu da 1 ilə min məqalə deməkdir: "Vikipediyaya elm və təhsil müəssisələri qoşulmalı, universitetlərdə onlayn ensiklopediyanın qrupları yaradılmalıdır. Mətbuatda "Vikipediya" ilə bağlı məlumatlara yer ayrılmalıdır".
Hazırda Azərbaycandan "Vikipediya"da 70 min insanın qeydiyyatdan keçdiyini qeyd edən AMEA İnformasiya Texnologiyaları İnstitutunun (İTİ) sektor müdiri İradə Ələkbərova məqalələrin sayının artırılmasının vacibliyini vurğulayıb: "Bunun üçün viki-cəmiyyəti fəallaşdırmaq, alimlər və tələbələrin birlikdə fəaliyyətini təmin etmək üçün şərait yaradılmalıdır. O, həmçinin bu mövzuda seminar, simpozium və konfransların keçirilməsinin vacibliyini önə çəkib.
AMEA İTİ-nin sektor müdiri Rasim Mahmudov Azərbaycanda "Vikipediya" fəaliyyətinin zəif olduğunu qeyd edərək gəncləri bu işdə fəal iştirak etməyə dəvət edib. Bildirib ki, "Vikipediya"da məqalələrin sayını artırmalı, ölkə həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində öz töhfələrimizi verməliyik.
Sonra mövzu ətrafında fikir mübadiləsi aparılıb, çoxsaylı suallar cavablandırılıb.
Forum öz işini "Azərbaycandilli "Vikipediya"da mövcud problemlər və onların həlli yolları" mövzusunda çıxışlarla davam etdirib.
Həqiqət İSABALAYEVA
Tələbələr arasında onlayn ensiklopediyadan istifadənin genişləndirilməsi üçün zəruri tədbirlərin görülməsinə ehtiyac var
Bu gün Azərbaycanda tələbələr arasında onlayn ensiklopediyadan istifadənin genişləndirilməsi üçün zəruri tədbirlərin görülməsinə ehtiyac var.Bu fikri Xəzər Universitetinin təsisçisi, professor Hamlet İsaxanlı Bakıda keçirilən Azərbaycan Vikipediyaçılarının "Vikipediya virtual ensiklopediyası Azərbaycanda: problemlər və perspektivlər" mövzusunda I Milli Forumunda bildirib. Azərbaycanda "Vikipediya" hərəkatının bir qədər gec başladığını söyləyən Xəzər Universitetinin təsisçisi, professor Hamlet İsaxanlı bildirib ki, ölkəmiz "Vikipediya"ya qoşulduğu ilk vaxtlarda müsəlman ölkələri arasında 5-ci yerdə idi: "Lakin bu proses getdikcə zəiflədi".
AMEA-nın məlumatına görə, "Vikipediya" idarəçiləri, sosial media mütəxəssisləri, alim və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbirdə "İrəli" İctimai Birliyinin sədri Rauf Mərdiyev bildirib ki, forumun keçirilməsində əsas məqsəd Azərbaycan "Vikipediya"sının mövcud vəziyyəti, problemləri və onların həlli yollarını müzakirə etməkdir.
Tədbirdə çıxış edən millət vəkili Aydın Mirzəzadə qeyd edib ki, "Vikipediya" hazırda məlumat mənbəyi olmaqla yanaşı, həm də siyasi mübarizə müstəvisidir. Onun sözlərinə görə, "Vikipediya"da bir gün ərzində Azərbaycan dilində orta hesabla 20 məqalə hazırlanır ki, bu da 1 ilə min məqalə deməkdir: "Vikipediyaya elm və təhsil müəssisələri qoşulmalı, universitetlərdə onlayn ensiklopediyanın qrupları yaradılmalıdır. Mətbuatda "Vikipediya" ilə bağlı məlumatlara yer ayrılmalıdır".
Hazırda Azərbaycandan "Vikipediya"da 70 min insanın qeydiyyatdan keçdiyini qeyd edən AMEA İnformasiya Texnologiyaları İnstitutunun (İTİ) sektor müdiri İradə Ələkbərova məqalələrin sayının artırılmasının vacibliyini vurğulayıb: "Bunun üçün viki-cəmiyyəti fəallaşdırmaq, alimlər və tələbələrin birlikdə fəaliyyətini təmin etmək üçün şərait yaradılmalıdır. O, həmçinin bu mövzuda seminar, simpozium və konfransların keçirilməsinin vacibliyini önə çəkib.
AMEA İTİ-nin sektor müdiri Rasim Mahmudov Azərbaycanda "Vikipediya" fəaliyyətinin zəif olduğunu qeyd edərək gəncləri bu işdə fəal iştirak etməyə dəvət edib. Bildirib ki, "Vikipediya"da məqalələrin sayını artırmalı, ölkə həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində öz töhfələrimizi verməliyik.
Sonra mövzu ətrafında fikir mübadiləsi aparılıb, çoxsaylı suallar cavablandırılıb.
Forum öz işini "Azərbaycandilli "Vikipediya"da mövcud problemlər və onların həlli yolları" mövzusunda çıxışlarla davam etdirib.
Həqiqət İSABALAYEVA
Baxış sayı: 756
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib