Tarix:12/03/14
Alimlərin sözlərinə görə, faktiki olaraq burada söhbət elektronlar əvəzinə, fotonlarla işləyən prosessor çipinin yeni sinif qurğularının yaradılmasından gedir. “Yaradılmış qurğu insan saçından 10 min dəfə nazik olsa da, müasir avadanlıqlarda istifadə üçün yararlı olan işığı şüalandırır”, - “LED” tərtibatçılarından biri Ceyson Ross qeyd edib.
“Bu, texnologiyanın miniatürləşdirilməsi istiqamətində atılan böyük addımdır. Tərəfimizdən yaradılan “LED” cəmi üç atomdan ibarət olmaqla yarımkeçiricidir və ondan adi üçölçülü yarımkeçirici kimi istifadə mümkündür”, - o vurğulayıb.
Yuxarıda qeyd edildiyi kimi, yeni işıq diodu cəmi üç atomdan ibarətdir ki, bu da onu texniki baxımdan “2D”-dən daha çox “3D” formatlı obyekt edir. Yaradılan üçatomlu “LED” texniki xüsusiyyətlərinə görə silisium-oksid bazasında volfram diselenid yarımkeçiricidir. O, qrafen istehsalı texnologiyasının analogiyası əsasında istehsal edilir. “Nature Nanotechnology” elm jurnalının son nömrəsində kəşf haqqında ətraflı məlumat verilib.
Məqalədə deyilir ki, “LED”-in ölçüsü optik çiplərdə elektrik siqnallar əvəzinə istifadə üçün kiçikdir, - “Cybersecurity www.cybersecurity.ru” yazır.
Üç atomdan ibarət yeni “LED” yaradılıb
Vaşinqton Universitetinin tədqiqatçılar qrupu bir tərəfi elastik, digər tərəfi universal olan dünyanın ən nazik “LED” diodunu yaradıb.Alimlərin sözlərinə görə, faktiki olaraq burada söhbət elektronlar əvəzinə, fotonlarla işləyən prosessor çipinin yeni sinif qurğularının yaradılmasından gedir. “Yaradılmış qurğu insan saçından 10 min dəfə nazik olsa da, müasir avadanlıqlarda istifadə üçün yararlı olan işığı şüalandırır”, - “LED” tərtibatçılarından biri Ceyson Ross qeyd edib.
“Bu, texnologiyanın miniatürləşdirilməsi istiqamətində atılan böyük addımdır. Tərəfimizdən yaradılan “LED” cəmi üç atomdan ibarət olmaqla yarımkeçiricidir və ondan adi üçölçülü yarımkeçirici kimi istifadə mümkündür”, - o vurğulayıb.
Yuxarıda qeyd edildiyi kimi, yeni işıq diodu cəmi üç atomdan ibarətdir ki, bu da onu texniki baxımdan “2D”-dən daha çox “3D” formatlı obyekt edir. Yaradılan üçatomlu “LED” texniki xüsusiyyətlərinə görə silisium-oksid bazasında volfram diselenid yarımkeçiricidir. O, qrafen istehsalı texnologiyasının analogiyası əsasında istehsal edilir. “Nature Nanotechnology” elm jurnalının son nömrəsində kəşf haqqında ətraflı məlumat verilib.
Məqalədə deyilir ki, “LED”-in ölçüsü optik çiplərdə elektrik siqnallar əvəzinə istifadə üçün kiçikdir, - “Cybersecurity www.cybersecurity.ru” yazır.
Baxış sayı: 568
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır