12px13px15px17px
Tarix:12/03/14

Azərbaycanda bu il qeydə alınan domen adlarının xalis artımı 1221 domen təşkil edib


Azərbaycanda bu günə kimi 21930 domen adı qeydə alınıb və onların sayının bu il ərzində artımı gözlənilir.
 
“ICTnews” xəbər xidmətinin Milli domenlərin tənzimləyicisinin rəsmi saytına istinadən verdiyi məlumata əsasən, ilin əvvəlindən qeydiyyata alınan domen adlarının sayı      
1703 domen, ləğv olunanların sayı 482 domen təşkil edib. Beləliklə, bu ilin əvvəlindən qeydə alınan domen adlarının xalis artımı 1221 domen təşkil edib. Son iki ay ərzində qeydiyyata alınan domen adlarının sayı 5,3% olub.
 
Hazırda Azərbaycanda 20505 “*.az”, 857 “*.com.az”, 182 “*.edu.az”, 116 “*.org.az”, 67 “*.net.az”, 41 “*.int.az”, 57 “ *.co.az”, 35 “*.pp.az”,  40 “*.info.az”, 16 “*.biz.az”, 6 “*.name.az”, 1 ”*.mil.az”, 1 “*.pro.az” domeni qeydiyyatdan keçirilərək istifadə edilir. Coğrafi adlardan ibarət 6 domen adı qeydə alınıb.
 
Ötən il ərzində 6199 domen qeydə alınıb və təxminən 2500 domen qeydiyyatdan çıxarılıb, nəticədə ölkədə il ərzində xalis domen artımı 3699 domen təşkil edib.
 
Azərbaycanda 2013-cü ildə 2012-ci illə müqayisədə qeydiyyatdan keçmiş domenlərin sayı 11% artıb, domen sayının xalis artımı isə 17% təşkil edib. Qeyd edilən artıma daha bir səbəb bu il ölkədə onlayn qeydiyyat sisteminin istifadəyə verilməsi olub.
 
Son üç ildə “*.az” domen zonasında kəskin artım müşahidə olunur və 2009-cu ildə illik artım 2 min domen təşkil edirdisə, 2010-cu ildə bu göstərici  3 min, 2011-ci ildə isə  4387, 2012-ci ildə  5478 domen adı olub.
 
Aynur Vəliyeva



Baxış sayı: 806

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024