Tarix:12/03/14
Martın 10-da təşkil edilən birinci təlimdə Texnologiya Sahibkarlığı Mərkəzinin Massaçusets İnstitutunun təsisçisi və icraçı direktoru, ABŞ Innovatsiya va Sahibkarliq Komitasinin Ekspertlar Şurasının üzvü , sahibkar Ken Mors "Dünya üzrə iddialı satış və idarəetmə komandalarının qurulması" adlı mühazirə ilə çıxış edib.
40-dan artıq sahibkarın iştirak etdiyi təlim mühazirələr və araşdırmalar, potensial müştərilər qarşısında "elevator sales pitch" sınama, interaktiv müzakirələr, iştirakçıların təqdimatları ilə davam edib. Azərbaycanlı sahibkarların uzunmüddətli, etibarlı, səmərəli və qarşılıqlı faydaya əsaslanan müştəri-satıcı münasibətlərinin qurulmasında peşəkarlığın artırılmasını təmin etmək məqsədi daşıyan tədbir iki hissədən ibarət idi.
Birinci hissəyə professor Ken Morsun qlobal rəqabət qarşısında uğura nail olmağın yolları, satışların effektivliyinin artırılması imkanları üzrə mühazirələri və "elevator sales pitch" əsasları daxil olub. İkinci hissədə isə rəhbərlər, biznesin inkişafı və ən güclü satış menecerlərini özündə cəmləyən münsiflər heyəti qarşısında çıxışlar həyata keçirilib.
Bütün sahibkarlar bu sessiyada fəal iştirak ediblər və onlardan 4-ü münsiflər heyəti tərəfindən ən maraqlı və kreativ çıxış kimi seçilib. Beləliklə, rumıniyalı gənc sahibkar Alex Apetrei 16,35 balla birinci yerə layiq görülüb. İkinci yerin sahibləri 15,67 balla Rəşid Əliyev və 15,14 balla Elşad Yusifli olub. Üçüncü yerə isə 14,78 balla Şahin Əliyev layiq görülüb. Təlimin sonunda professor Mors bütün qalibləri təbrik edərək, sahibkarlara fəal iştiraklarına, tədbirin təşkilatına görə isə Yüksək Texnologiyalar Parkının komandasına təşəkkürünü bildirib.
Qeyd edək ki, növbəti təlim kursları da 14-15 aprel tarixlərində Bakı şəhərində (Nizami küç., 203b, AF Business House, 3-cü mərtəbə) keçiriləcək. Təlim kursları milli şirkətlərə beynəlxalq səviyyədə öz məhsullarının satışını və xidmətlərini təklif etmələri üçün təsirli strategiya formalaşdırmağa, erkən mərhələdə beynəlxalq səviyyədə rəqabət aparmaq üzrə bacarıqlarını artırmağa kömək etmək məqsədi daşıyır. Yeni kurslar da professor Ken Morse tərəfindən aparılacaq.
K.Morse dünya üzrə 10.000-dən artıq sahibkar üçün təlim proqramlarını və 20-dən artıq ölkədə seçilmiş yüksək potensiallı şirkətlər və aparıcı rəhbərlər üçün beynəlxalq səviyyədə akselerator proqramının təlimini aparıb.
Həqiqət İSABALAYEVA
Yüksək Texnologiyalar Parkı Azərbaycanın bütün iddialı şirkətləri üçün təşkil etdiyi ilk təlim kursunu uğurla başa vurub
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində yaradılan Yüksək Texnologiyalar Parkı Azərbaycanın bütün iddialı şirkətləri üçün təşkil etdiyi ilk təlim kursunu uğurla başa vurub.Martın 10-da təşkil edilən birinci təlimdə Texnologiya Sahibkarlığı Mərkəzinin Massaçusets İnstitutunun təsisçisi və icraçı direktoru, ABŞ Innovatsiya va Sahibkarliq Komitasinin Ekspertlar Şurasının üzvü , sahibkar Ken Mors "Dünya üzrə iddialı satış və idarəetmə komandalarının qurulması" adlı mühazirə ilə çıxış edib.
40-dan artıq sahibkarın iştirak etdiyi təlim mühazirələr və araşdırmalar, potensial müştərilər qarşısında "elevator sales pitch" sınama, interaktiv müzakirələr, iştirakçıların təqdimatları ilə davam edib. Azərbaycanlı sahibkarların uzunmüddətli, etibarlı, səmərəli və qarşılıqlı faydaya əsaslanan müştəri-satıcı münasibətlərinin qurulmasında peşəkarlığın artırılmasını təmin etmək məqsədi daşıyan tədbir iki hissədən ibarət idi.
Birinci hissəyə professor Ken Morsun qlobal rəqabət qarşısında uğura nail olmağın yolları, satışların effektivliyinin artırılması imkanları üzrə mühazirələri və "elevator sales pitch" əsasları daxil olub. İkinci hissədə isə rəhbərlər, biznesin inkişafı və ən güclü satış menecerlərini özündə cəmləyən münsiflər heyəti qarşısında çıxışlar həyata keçirilib.
Bütün sahibkarlar bu sessiyada fəal iştirak ediblər və onlardan 4-ü münsiflər heyəti tərəfindən ən maraqlı və kreativ çıxış kimi seçilib. Beləliklə, rumıniyalı gənc sahibkar Alex Apetrei 16,35 balla birinci yerə layiq görülüb. İkinci yerin sahibləri 15,67 balla Rəşid Əliyev və 15,14 balla Elşad Yusifli olub. Üçüncü yerə isə 14,78 balla Şahin Əliyev layiq görülüb. Təlimin sonunda professor Mors bütün qalibləri təbrik edərək, sahibkarlara fəal iştiraklarına, tədbirin təşkilatına görə isə Yüksək Texnologiyalar Parkının komandasına təşəkkürünü bildirib.
Qeyd edək ki, növbəti təlim kursları da 14-15 aprel tarixlərində Bakı şəhərində (Nizami küç., 203b, AF Business House, 3-cü mərtəbə) keçiriləcək. Təlim kursları milli şirkətlərə beynəlxalq səviyyədə öz məhsullarının satışını və xidmətlərini təklif etmələri üçün təsirli strategiya formalaşdırmağa, erkən mərhələdə beynəlxalq səviyyədə rəqabət aparmaq üzrə bacarıqlarını artırmağa kömək etmək məqsədi daşıyır. Yeni kurslar da professor Ken Morse tərəfindən aparılacaq.
K.Morse dünya üzrə 10.000-dən artıq sahibkar üçün təlim proqramlarını və 20-dən artıq ölkədə seçilmiş yüksək potensiallı şirkətlər və aparıcı rəhbərlər üçün beynəlxalq səviyyədə akselerator proqramının təlimini aparıb.
Həqiqət İSABALAYEVA
Baxış sayı: 1076
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır