Tarix:13/03/14
“ICTnews” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, “Juniper Research” analitiklərinin proqnozuna görə, 2018-ci ilədək mobil qurğuların köməyi ilə simsiz metodla həyata keçirilmiş ödənişlərin həcmi 9,9 milyard əməliyyat təşkil edəcək. Qeyd edək ki, hazırda bu göstərici 3.3 milyard əməliyyat səviyyəsində gözlənilir. Belə yüksək artım iki əsas amillə izah edilir: smartfon, planşet və sensor pleyerlər üçün “Apple iWallet” mobil pul cüzdanının istifadəyə verilməsi, həmçinin proqram həllinin köməyi ilə və təhlükəsizlik pozuntusu olmadan adi plastik kartın çipini emulyasiya etməyə icazə verən “Host Card Emulation” (HCE) texnologiyasının inkişafı.
Yeni həll istehlakçılara simsiz ödənişlərin həyata keçirilməsi üçün “NFC” texnologiyasını dəstəkləyən telefonlarda öz “MasterCard” kartlarından təhlükəsiz istifadə etməyə icazə verəcək.
“AlixPartners”in məlumatına görə, 2012-ci ilin sonunda Amerika banklarının müştərilərinin təxminən 50 faizi telefonu maliyyə vəsaitini idarə etmək üçün mühüm alət adlandırıblar. 2011-ci ildə bu göstərici 7 faiz olub.
Emil Hüseynov
Mobil simsiz ödənişlər bazarının həcmi üç dəfə artacaq
Yeni texnologiyaların inkişafı və bank sahəsində müşahidə olunan böhran sonuncunun tədricən transformasiyasına gətirib çıxarır. Yaxın bir neçə ildə istehlakçılar məhsul və xidmətlərin ödənişi üçün daha çox mobil telefonlardan istifadə edəcəklər.“ICTnews” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, “Juniper Research” analitiklərinin proqnozuna görə, 2018-ci ilədək mobil qurğuların köməyi ilə simsiz metodla həyata keçirilmiş ödənişlərin həcmi 9,9 milyard əməliyyat təşkil edəcək. Qeyd edək ki, hazırda bu göstərici 3.3 milyard əməliyyat səviyyəsində gözlənilir. Belə yüksək artım iki əsas amillə izah edilir: smartfon, planşet və sensor pleyerlər üçün “Apple iWallet” mobil pul cüzdanının istifadəyə verilməsi, həmçinin proqram həllinin köməyi ilə və təhlükəsizlik pozuntusu olmadan adi plastik kartın çipini emulyasiya etməyə icazə verən “Host Card Emulation” (HCE) texnologiyasının inkişafı.
Yeni həll istehlakçılara simsiz ödənişlərin həyata keçirilməsi üçün “NFC” texnologiyasını dəstəkləyən telefonlarda öz “MasterCard” kartlarından təhlükəsiz istifadə etməyə icazə verəcək.
“AlixPartners”in məlumatına görə, 2012-ci ilin sonunda Amerika banklarının müştərilərinin təxminən 50 faizi telefonu maliyyə vəsaitini idarə etmək üçün mühüm alət adlandırıblar. 2011-ci ildə bu göstərici 7 faiz olub.
Emil Hüseynov
Baxış sayı: 647
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır