Tarix:13/03/14
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) yeni yaradılmış İnnovativ Layihələrin Ekspertizası və Koordinasiyası Şurasının əsasnaməsi və tərkibi təsdiq edilib. Əsasnaməyə görə, şuranın vəzifələri inkişaf proqramlarının hazırlanmasında elmi-texniki potensialdan istifadə etmək, innovasiya işində yerli, xarici, o cümlədən beynəlxalq elmi təşkilatların fəaliyyətini əlaqələndirmək və digər məsələlərdən ibarətdir.
AMEA Rəyasət Heyəti Mərkəzi Aparatının İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, bu barədə Rəyasət Heyətinin növbəti iclasında məlumat verilib.
İclasda səslənən növbəti qərarla Nəsimi adına Dilçilik İnstitutu Azərbaycan dilinin tətbiqi vəziyyəti və normaların pozulması hallarına dair monitorinqlər aparacaq.
Afişa və elanlarda, həmçinin dövlət və özəl qurumların sənədlərində nöqsanlar müəyyənləşdiriləcək, onların aradan qaldırılması istiqamətində müvafiq tədbirlər görüləcək. İşlər şəhər və rayonların icra hakimiyyətləri ilə müqavilələr əsasında həyata keçiriləcək.
Həqiqət İSABALAYEVA
İnnovativ Layihələrin Ekspertizası və Koordinasiyası Şurasının əsasnaməsi və tərkibi təsdiq edilib

Baxış sayı: 777
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır