Tarix:13/03/14
“ICTnews” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, “OLPC News” nəşrinin məlumatına görə, Massaçusetsdə “One Laptop Per Child” bölməsi fəaliyyətini dayandırıb. Proqramın yaradıcısı Nikolas Neqroponte bu işdən uzaqlaşaraq “X-Prize” fonduna keçib və innovasiya layihələrinə dəstək göstərir.
“One Laptop Per Child” proqramının Mayamidə yerləşən bölməsi fəaliyyətini davam etdirir: proqram çərçivəsində “Android” platforması ilə işləyən “XO Tablet” planşetini təqdim edib. Lakin qurğu əsasən, ABŞ məktəbliləri üçün nəzərdə tutulub.
Eyni zamanda “One Laptop Per Child” proqramının nümayəndələri layihənin öz mövcudluğuna xitam verməsi haqqında xəbərləri təkzib ediblər. “OLPC” proqramının vitse-prezidenti Culiya D'Amiko deyib ki, təşkilat bu yaxınlarda Kosta-Rikaya noutbuk partiyası tədarük edib və tezliklə planşetlərin tədarükünə başlayacaq.
“One Laptop Per Child” proqramı 2006-cı ildə təqdim edilib. Layihənin təşəbbüskarları inkişaf etməkdə olan ölkələrdə uşaqların təhsilində istifadə ediləcək 100 dollarlıq noutbuk istehsal etmək fikrində idilər. Lakin bu, mümkün olmadı və “XO-1” kompüterinin qiyməti təxminən 200 dollar olub.
Emil Hüseynov
KİV-də “One Laptop Per Child” proqramının fəaliyyətini dayandırması haqqında xəbər yayılıb
İnkişaf etməkdə olan ölkələrdə yaşayan uşaqların elektron qurğularla təmin edilməsi məsələsini həll etmək üçün nəzərdə tutulmuş “One Laptop Per Child” proqramı mövcudluğunu faktiki olaraq dayandırıb. Bu haqda proqram haqqında xəbərlər çatdıran “OLPC News” nəşri yazıb.“ICTnews” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, “OLPC News” nəşrinin məlumatına görə, Massaçusetsdə “One Laptop Per Child” bölməsi fəaliyyətini dayandırıb. Proqramın yaradıcısı Nikolas Neqroponte bu işdən uzaqlaşaraq “X-Prize” fonduna keçib və innovasiya layihələrinə dəstək göstərir.
“One Laptop Per Child” proqramının Mayamidə yerləşən bölməsi fəaliyyətini davam etdirir: proqram çərçivəsində “Android” platforması ilə işləyən “XO Tablet” planşetini təqdim edib. Lakin qurğu əsasən, ABŞ məktəbliləri üçün nəzərdə tutulub.
Eyni zamanda “One Laptop Per Child” proqramının nümayəndələri layihənin öz mövcudluğuna xitam verməsi haqqında xəbərləri təkzib ediblər. “OLPC” proqramının vitse-prezidenti Culiya D'Amiko deyib ki, təşkilat bu yaxınlarda Kosta-Rikaya noutbuk partiyası tədarük edib və tezliklə planşetlərin tədarükünə başlayacaq.
“One Laptop Per Child” proqramı 2006-cı ildə təqdim edilib. Layihənin təşəbbüskarları inkişaf etməkdə olan ölkələrdə uşaqların təhsilində istifadə ediləcək 100 dollarlıq noutbuk istehsal etmək fikrində idilər. Lakin bu, mümkün olmadı və “XO-1” kompüterinin qiyməti təxminən 200 dollar olub.
Emil Hüseynov
Baxış sayı: 662
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır