Tarix:13/03/14
Belə ki, 2014-cü ilin sonuna qədər sənaye sahəsində ixtisaslı kadr potensialı barədə internet məlumat bazası formalaşdırılacaq. Bütün bunlar Prezident İlham Əliyev tərəfindən “Azərbaycan Respublikasında 2014-cü ilin “Sənaye ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nda nəzərdə tutulub. Artıq ölkə başçısı “Tədbirlər Planı”nı təsdiq edən sərəncam imzalayıb.
Sözügedən plana görə, il ərzində “İnnovasiya fəaliyyəti haqqında” qanun layihəsi aidiyyəti üzrə təqdim olunacaq. Sənaye və texnologiyalar parklarında stimullaşdırıcı tədbirlərin genişləndirilməsi ilə bağlı təkliflər hazırlanacaq və eləcə də aidiyyəti üzrə təhvil veriləcək. Sənayedə investisiya imkanları barədə təşviqat xarakterli elektron resursların və çap materiallarının hazırlanması həyata keçiriləcək.
Bununla belə, alternativ enerji qurğu və avadanlığının istehsalı üzrə yeni müəssisələrin istifadəyə verilməsi də planda öz əksini tapıb. Eləcə də qeyd olunur ki, 2014-cü il ərzində Balaxanı Sənaye Parkı və Sumqayıt Kimya Sənaye Parkının ərazisinin genişləndirilməsi, müvafiq infrastrukturun qurulması və rezidentlərin cəlb olunması işləri davam etdiriləcək. Sözügedən planda vurğulanır ki, Gəncədə və Mingəçevirdə sənaye parklarının yaradılması ilə bağlı təkliflər hazırlanaraq Azərbaycan Respublikasının Prezidentinə təqdim ediləcək.
Onu da bildirək ki, 2014-cü il ərzində yerli mütəxəssislərin innovativ təkliflərinin sənaye sektorunda təşviqi məqsədi ilə dövlət orqanlarının, müəssisələrin və elmi təşkilatların nümayəndələrindən ibarət İnnovasiyaların Təşviqi Qrupu yaradılacaq.
Seymur Qasımbəyli
Sənaye sahəsinə aid məlumat bazası yaradılacaq
Azərbaycanın sənaye sahəsinə aid internet portalı və məlumat bazası yaradılacaq. “ICTnews” elektron xəbər xidməti bildirir ki, Rabitə və Yüksək Texnologiyalar və İqtisadiyyat və Sənaye nazirliklərinin icraçılığı ilə yaradılacaq bazaya cari il ərzində daha bir informasiya sistemi əlavə olunacaq.Belə ki, 2014-cü ilin sonuna qədər sənaye sahəsində ixtisaslı kadr potensialı barədə internet məlumat bazası formalaşdırılacaq. Bütün bunlar Prezident İlham Əliyev tərəfindən “Azərbaycan Respublikasında 2014-cü ilin “Sənaye ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nda nəzərdə tutulub. Artıq ölkə başçısı “Tədbirlər Planı”nı təsdiq edən sərəncam imzalayıb.
Sözügedən plana görə, il ərzində “İnnovasiya fəaliyyəti haqqında” qanun layihəsi aidiyyəti üzrə təqdim olunacaq. Sənaye və texnologiyalar parklarında stimullaşdırıcı tədbirlərin genişləndirilməsi ilə bağlı təkliflər hazırlanacaq və eləcə də aidiyyəti üzrə təhvil veriləcək. Sənayedə investisiya imkanları barədə təşviqat xarakterli elektron resursların və çap materiallarının hazırlanması həyata keçiriləcək.
Bununla belə, alternativ enerji qurğu və avadanlığının istehsalı üzrə yeni müəssisələrin istifadəyə verilməsi də planda öz əksini tapıb. Eləcə də qeyd olunur ki, 2014-cü il ərzində Balaxanı Sənaye Parkı və Sumqayıt Kimya Sənaye Parkının ərazisinin genişləndirilməsi, müvafiq infrastrukturun qurulması və rezidentlərin cəlb olunması işləri davam etdiriləcək. Sözügedən planda vurğulanır ki, Gəncədə və Mingəçevirdə sənaye parklarının yaradılması ilə bağlı təkliflər hazırlanaraq Azərbaycan Respublikasının Prezidentinə təqdim ediləcək.
Onu da bildirək ki, 2014-cü il ərzində yerli mütəxəssislərin innovativ təkliflərinin sənaye sektorunda təşviqi məqsədi ilə dövlət orqanlarının, müəssisələrin və elmi təşkilatların nümayəndələrindən ibarət İnnovasiyaların Təşviqi Qrupu yaradılacaq.
Seymur Qasımbəyli
Baxış sayı: 709
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır