Tarix:13/03/14
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, tədbirin açılışında çıxış edən şirkətin təhsil layihələri üzrə meneceri Emin Axundov bildirib ki, builki “Microsoft” İnnovasiya Günü digərlərindən məhz tam şəkildə Azərbaycan dilində keçirilməsi ilə seçilir.
“Bu il “Microsoft” İnnovasiya Günü korporasiyanın “Cihazlar və Xidmətlər” strategiyasına həsr olunub və ən müasir texnoloji yenilikləri əhatə edib. Həmişəkindən fərqli olaraq biz bu il tədbirimizi yerli mütəxəssislərin Azərbaycan dilində çıxışları ilə keçirmək qərarına gəlmişik”,- deyə o bildirib.
E. Axundov onu da qeyd edib ki, artıq “Office” və “Microsoft 8” Azərbaycan dilində lokallaşdırılıb və istifadəçilər asan şəkildə onu yükləyərək tətbiq edə bilər.
Tədbir çərçivəsində “Microsoft Azerbaijan” və “Technet.az”ın nümayəndələri Emin Axundov və Araz Əyyubov “bulud” xidmətlərinin fərdi həyatda və biznesdə istifadəsi imkanları barədə məlumat verib, “Windows” əsaslı cihazları, həmçinin, işgüzar və gündəlik istifadə üçün nəzərdə tutulmuş proqram və həlləri, o cümlədən, bu cihazların vahid sistem kimi işləyə bilmə imkanlarını nümayiş etdiriblər. Eyni zamanda, “Outlook.com”, “OneDrive”, “Office Online” və “Office 365” kimi xidmətlər vasitəsilə şirkətlərin iş səmərəliyini artırma imkanları barədə danışıblar.
“Microsoft” İnnovasiya Gününün ikinci hissəsi çərçivəsində “Windows Azure” “bulud” platforması təqdim olunub.
Tədbirdə çıxış edən “Microsoft Azerbaijan” şirkətinin nümayəndəsi Qaçay Mirzəyev və “Microsoft” Certified Trainer Fərhad Kərimov “Windows Azure”un üstünlükləri barədə danışıblar.
Bildirilib ki, bu xidmət əsasən ictimai “bulud”dan istifadə etmək üçündür və sözügedən xidmətdən autentifikasiya, virtuallaşdırma, idarəetmə, proqramlaşdırma və s. proseslərdə effektiv istifadə olunur və bir çox unikal üstünlüklərə malikdir. “Windows Azure”dan istifadənin əlverişli və səmərəli qiymətə başa gəldiyini qeyd edən Q.Mirzəyev, həmçinin əlavə edib ki, bu “bulud” xidmətində müxtəlif virtual texnologiyalardan istifadə etmək olar.
“Hazırda dünyada bir çox şirkətlərin “bulud” strategiyası mövcuddur ki, Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrində fəaliyyət göstərən şirkətlər də öz “bulud” strategiyasını qurmalıdır və onlar bizim bu xidmətdən istifadə edərək, işlərini professionallara həvalə etmiş olarlar. Statistika onu göstərir ki, hazırda şirkətlərdə saxlanılan məlumatların yalnız 10%-dən istifadə olunur, 90%-i isə hazırda istifadə olunmayan məlumatlardır və bunlar serverdə əlavə yer tutur. “Windows Azure” hər hansı bir şirkətin vaxtına qənaət edərək, fəaliyyətinin effektivliyini artıracaq”, - deyə Q.Mirzəyev bildirib.
Tədbirdə həmçinin, “Windows Azure” üzərində ehtiyat nüsxələmə funksiyası, virtual maşın yaradılması və s. nümayiş etdirilib. “Microsoft” İnnovasiya Günü çərçivəsində tədbir iştirakçıları təqdim olunan cihazları sınaqdan keçirə biliblər.
Qeyd edək ki, “Microsoft Innovation Day” – “Microsoft” Korporasiyasının innovasiya texnologiyalarına həsr edilən və hər il təşkil olunan ən böyük tədbirlərdəndir. Azərbaycanda sözügedən tədbir 2007-ci ildən etibarən keçirilir.
Aynur Vəliyeva
Bakıda ”Microsoft” İnnovasiya Günü keçirilib
“Microsoft Azerbaijan” şirkəti Bakıda ənənəvi “Microsoft Innovation Day” (“Microsoft” İnnovasiya Günü) təşkil edib.“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, tədbirin açılışında çıxış edən şirkətin təhsil layihələri üzrə meneceri Emin Axundov bildirib ki, builki “Microsoft” İnnovasiya Günü digərlərindən məhz tam şəkildə Azərbaycan dilində keçirilməsi ilə seçilir.
“Bu il “Microsoft” İnnovasiya Günü korporasiyanın “Cihazlar və Xidmətlər” strategiyasına həsr olunub və ən müasir texnoloji yenilikləri əhatə edib. Həmişəkindən fərqli olaraq biz bu il tədbirimizi yerli mütəxəssislərin Azərbaycan dilində çıxışları ilə keçirmək qərarına gəlmişik”,- deyə o bildirib.
E. Axundov onu da qeyd edib ki, artıq “Office” və “Microsoft 8” Azərbaycan dilində lokallaşdırılıb və istifadəçilər asan şəkildə onu yükləyərək tətbiq edə bilər.
Tədbir çərçivəsində “Microsoft Azerbaijan” və “Technet.az”ın nümayəndələri Emin Axundov və Araz Əyyubov “bulud” xidmətlərinin fərdi həyatda və biznesdə istifadəsi imkanları barədə məlumat verib, “Windows” əsaslı cihazları, həmçinin, işgüzar və gündəlik istifadə üçün nəzərdə tutulmuş proqram və həlləri, o cümlədən, bu cihazların vahid sistem kimi işləyə bilmə imkanlarını nümayiş etdiriblər. Eyni zamanda, “Outlook.com”, “OneDrive”, “Office Online” və “Office 365” kimi xidmətlər vasitəsilə şirkətlərin iş səmərəliyini artırma imkanları barədə danışıblar.
“Microsoft” İnnovasiya Gününün ikinci hissəsi çərçivəsində “Windows Azure” “bulud” platforması təqdim olunub.
Tədbirdə çıxış edən “Microsoft Azerbaijan” şirkətinin nümayəndəsi Qaçay Mirzəyev və “Microsoft” Certified Trainer Fərhad Kərimov “Windows Azure”un üstünlükləri barədə danışıblar.
Bildirilib ki, bu xidmət əsasən ictimai “bulud”dan istifadə etmək üçündür və sözügedən xidmətdən autentifikasiya, virtuallaşdırma, idarəetmə, proqramlaşdırma və s. proseslərdə effektiv istifadə olunur və bir çox unikal üstünlüklərə malikdir. “Windows Azure”dan istifadənin əlverişli və səmərəli qiymətə başa gəldiyini qeyd edən Q.Mirzəyev, həmçinin əlavə edib ki, bu “bulud” xidmətində müxtəlif virtual texnologiyalardan istifadə etmək olar.
“Hazırda dünyada bir çox şirkətlərin “bulud” strategiyası mövcuddur ki, Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrində fəaliyyət göstərən şirkətlər də öz “bulud” strategiyasını qurmalıdır və onlar bizim bu xidmətdən istifadə edərək, işlərini professionallara həvalə etmiş olarlar. Statistika onu göstərir ki, hazırda şirkətlərdə saxlanılan məlumatların yalnız 10%-dən istifadə olunur, 90%-i isə hazırda istifadə olunmayan məlumatlardır və bunlar serverdə əlavə yer tutur. “Windows Azure” hər hansı bir şirkətin vaxtına qənaət edərək, fəaliyyətinin effektivliyini artıracaq”, - deyə Q.Mirzəyev bildirib.
Tədbirdə həmçinin, “Windows Azure” üzərində ehtiyat nüsxələmə funksiyası, virtual maşın yaradılması və s. nümayiş etdirilib. “Microsoft” İnnovasiya Günü çərçivəsində tədbir iştirakçıları təqdim olunan cihazları sınaqdan keçirə biliblər.
Qeyd edək ki, “Microsoft Innovation Day” – “Microsoft” Korporasiyasının innovasiya texnologiyalarına həsr edilən və hər il təşkil olunan ən böyük tədbirlərdəndir. Azərbaycanda sözügedən tədbir 2007-ci ildən etibarən keçirilir.
Aynur Vəliyeva
Baxış sayı: 1099
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır