12px13px15px17px
Tarix:13/03/14

“Nar Mobile” “CeBIT-2014” sərgisində təmsil olunur

Mobil operator ən son yeniliklərini bu beynəlxalq sərgidə bir daha təqdim edir
 
“Nar Mobile” mobil operatoru 10-14 mart 2014-cü il tarixləri arasında Almaniyanın Hannover şəhərində keçirilən “CeBIT Eurasia” – Beynəlxalq informasiya texnologiyaları sərgi və konfransında təmsil olunur. Son illər informasiya texnologiyaları sahəsində yüksək nailiyyətlər əldə etmiş “Nar Mobile” bu mötəbər tədbirdə öz məhsul və xidmətlərini təqdim edir, gerçəkləşdirdiyi irimiqyaslı layihələri geniş auditoriyaya nümayiş etdirir.
 
Qeyd edək ki, tədbir çərçivəsində keçirilən sərgi, seminar və “dəyirmi masa”larda dünyanın müxtəlif ölkələrindən olan çoxsaylı İKT və KİV nümayəndələri iştirak edirlər. “CeBIT-2014” sərgisində iştirak edən “Nar Mobile” nümayəndələri sərgi iştirakçılarına və qonaqlara yeni xidmətlər haqqında məlumat verir, mobil operatorun telekommunikasiya və korporativ sosial məsuliyyət sahəsində əməkdaşlığa hər zaman hazır olduğunu digər iştirakçıların diqqətinə çatdırır. 
 
RƏVAN
 
 
 



Baxış sayı: 643

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024