Tarix:13/03/14
Sərgi-forumda "Akkord Azərbaycan", "Hyundai" (Cənubi Koreya), "Herrenknecht AG" (Almaniya), "Krohne" (Almaniya), "Nordic Water-EMO" (İsveçrə), "Nippon Koei" (Yaponiya), "Samsun Makina" (Türkiyə), "Sumqayıt Texnologiyalar Parkı" (Azərbaycan), "Awas" (Almaniya), "DOW" (ABŞ), "Duktus" (Avstriya), "Suez Environment" (Fransa), "Xylem" (İsveç), "Hungarian Water Cluster" (Macarıstan), "PWT" (Almaniya), "Ekoton" (Rusiya), "Grundfos" (Danimarka) və s. şirkətlər iştirak edəcəklər.
Sərgidə içməli su təchizatı, çirkab sularının təmizlənməsi, yağış sularının kənarlaşdırılması sistemləri, mikrotunel inşası, içməli suyun analizi üçün ölçü cihazları və tənzimləyici texnologiyalar, pompalar, nasos sistemləri, içməli su mənbələrinin mühafizəsi, inşaat texnikası və avadanlıqları, qazma qurğuları, informasiya və kommunikasiya texnologiyaları, geotermik texnologiyalar, suyun duzsuzlaşdırılması, habelə su təchizatı və kanalizasiya sahəsində mövcud olan digər ən yeni texnologiyalar təqdim olunacaq.
Sərgi ilə yanaşı, keçiriləcək Xəzər Beynəlxalq Su Texnologiyaları forumunda içməli su emalı üzrə innovativ texnologiyalar, çirkab sularının təmizlənməsi, yağış sularının kənarlaşdırılması, su mənbələrinin qiymətləndirilməsi, bataqlıqların və süni göllərin qurudulması və s. mövzularla bağlı müzakirələr aparılacaq.
RƏVAN
Bakıda Xəzər Beynəlxalq Su Texnologiyaları sərgisi keçiriləcək
Bakıda Xəzər Beynəlxalq Su Texnologiyaları (CATEF-2014) sərgisi və sərgi çərçivəsində forumun keçirilməsi gözlənilir. Aprelin 10-13-də keçiriləcək sərgidə 20-dək ölkənin 80-dən çox şirkətinin iştirak edəcəyi gözlənilir. İştirakçıların 50 faizindən çoxu xarici şirkətlərdir.Sərgi-forumda "Akkord Azərbaycan", "Hyundai" (Cənubi Koreya), "Herrenknecht AG" (Almaniya), "Krohne" (Almaniya), "Nordic Water-EMO" (İsveçrə), "Nippon Koei" (Yaponiya), "Samsun Makina" (Türkiyə), "Sumqayıt Texnologiyalar Parkı" (Azərbaycan), "Awas" (Almaniya), "DOW" (ABŞ), "Duktus" (Avstriya), "Suez Environment" (Fransa), "Xylem" (İsveç), "Hungarian Water Cluster" (Macarıstan), "PWT" (Almaniya), "Ekoton" (Rusiya), "Grundfos" (Danimarka) və s. şirkətlər iştirak edəcəklər.
Sərgidə içməli su təchizatı, çirkab sularının təmizlənməsi, yağış sularının kənarlaşdırılması sistemləri, mikrotunel inşası, içməli suyun analizi üçün ölçü cihazları və tənzimləyici texnologiyalar, pompalar, nasos sistemləri, içməli su mənbələrinin mühafizəsi, inşaat texnikası və avadanlıqları, qazma qurğuları, informasiya və kommunikasiya texnologiyaları, geotermik texnologiyalar, suyun duzsuzlaşdırılması, habelə su təchizatı və kanalizasiya sahəsində mövcud olan digər ən yeni texnologiyalar təqdim olunacaq.
Sərgi ilə yanaşı, keçiriləcək Xəzər Beynəlxalq Su Texnologiyaları forumunda içməli su emalı üzrə innovativ texnologiyalar, çirkab sularının təmizlənməsi, yağış sularının kənarlaşdırılması, su mənbələrinin qiymətləndirilməsi, bataqlıqların və süni göllərin qurudulması və s. mövzularla bağlı müzakirələr aparılacaq.
RƏVAN
Baxış sayı: 786
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır