12px13px15px17px
Tarix:13/03/14

Xrombuklar kompüter bazarının 4 faizinə sahiblənə bilərlər

"Chrome OS" platforması ilə işləyən noutbuklar getdikcə populyarlaşır: "TrendForce" şirkətinin proqnozuna görə, 2014-cü ildə xrombukların  tətbiq dərəcəsi 4 faizə nail olacaq. Müqayisə üçün, "IDC" ekspertləri 2013-cü ilin nəticəsinə görə 2,5 milyon qurğu satıldığını deyib ki, bu da  kompüter bazarının 1 faizi deməkdir.

Analitiklər deyirlər ki, sözügedən ucuz leptopların üç əsas üstünlüyü var. Birincisi, onlar təhsil sahəsinə istiqamətlənib və bu, gələcəkdə potensial müştəri bazası yaratmağa icazə verir. Bundan başqa, istifadəçilər təhlükəsizliyin təmini üçün əlavə proqramlar quraşdırmaq ehtiyacında deyillər – xrombuklar aktual antiviruslar və başqa yeniləmələri avtomatik yükləyirlər. Bu qurğuların cəlbedici  qiyməti onların üçüncü üstünlüyüdür.

"ICTnews" elektron xəbər xidməti "dailycomm.ru" saytına istinadən bildirir ki, aparıcı fərdi kompüter istehsalçıları bir-birinin ardınca xrombuk bazarına çıxırlar. Artıq "Microsoft"un, demək olar ki, bütün tərəfdaşları (Dell, HP, Samsung, Lenovo, Acer, Toshiba) belə leptoplar istehsal edir. Tezliklə "ASUS" şirkəti də bu siyahıda olacaq.

Emil Hüseynov



Baxış sayı: 707

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






27 Noyabr 2024

26 11 2024