12px13px15px17px
Tarix:14/03/14

Çində 700 milyon insan smartfon və planşet istifadəçisidir

Çinin “Umeng” analitik şirkəti dünyanın nəhəng bazarı hesab edilən yerli smartfon bazarının vəziyyətini tədqiq edib.

Ekspertlərin hesablamalarına görə, 2013-cü ilin sonunda Çində aktiv smartfon və planşetlərin sayı 700 milyon ədədi ötüb. Ötən ilin birinci rübündə bu göstərici 380 milyon ədədə bərabər olub. Həmin qurğuların 57 faizinin qiyməti 330 dollardan azdır. Dəyəri 500 dollardan çox olan qurğuların Çinin mobil telefon bazarında payı 27 faiz təşkil edir ki, onların da 80 faizi “iPhone” modelidir.

Bununla yanaşı, çinlilərin qeyri-rəsmi proqram təminatı quraşdırmaq məqsədilə “iPhone” smartfonlarına müdaxiləsinin sayı azalıb. Belə ki, ötən ilin sonunda yerli istifadəçilərin 13 faizi bu addımı atıb, halbuki ilin əvvəlində bu göstərici 30 faiz təşkil edib.  

Çin istehlakçıları arasında “Android” əməliyyat sisteminin idarəetməsi ilə işləyən ən populyar modellər onluğuna (aktivləşdirmə sayına görə) yalnız “Samsung” və “Xiaomi” şirkətlərinin qurğuları daxildir. Ölkədə daha çox tələbat “Galaxy S3”, “Galaxy S4” və “Galaxy Note II” modellərinədir. “Samsung”un ölkədə “Android” sistemli smartfonların satışında payı 24 faiz, “Lenovo” və “Huawei”in hərəyə 8 faiz,  “Xiaomi”nin 7 faiz təşkil edir.

“IDC” analitiklərinin qiymətləndirməsinə görə, 2013-cü ilin dördüncü rübündə Çində 90,8 milyon smartfon buraxılıb ki, bu da bir il əvvəldən 4,3 faiz azdır. Ölkədə tədarük həcmində son dəfə mənfi göstərici 2011-ci ilin ikinci rübündə qeydə alınıb, - "DailyComm  www.dailycomm.ru” yazır.





Baxış sayı: 622

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






27 Noyabr 2024

26 11 2024