12px13px15px17px
Tarix:14/03/14

“Google Drive” “bulud” saxlancının qiymətləri endirilib

“Google” korporasiyası istifadəçi və müəssisə məlumatlarının öz serverlərində saxlanılması qiymətlərini endirib.
 
“ICTnews” elektron xəbər xidməti “cnews.ru” saytına istinadən bildirir ki, 100 QB həcmində məlumatın saxlanılması üçün aylıq tarif planının qiyməti 4,99-dan 1,99 dollaradək, 1 TB-lıq tarif planı 49,99-dan 9,99 dollaradək azaldılıb. Şirkətdən bildirilib ki, infrastrukturun müasirləşdirilməsi qiymətlərin azaldılmasına şərait yaradıb.
 
Bundan başqa, yeni tarif planı istifadəyə verilib: şirkət 99,99 dollara 10 TB-lıq disk sahəsi təklif edir.
 
“Google” qiymətləri aşağı salmaqla rəqib xidmətlərdən əlavə istifadəçi cəlb etməyə ümid edir. Şirkət “Gmail” elektron poçt xidmətinin təqdim edilməsi zamanı istifadə etdiyi strategiyaya üstünlük verir: o zaman məktublar üçün böyük disk sahəsi təqdim etməklə xeyli “Yahoo!” və “Hotmail” istifadəçilərini cəlb etmişdi.

Müqayisə üçün, 200 milyondan çox insanın istifadə etdiyi populyar “Dropbox”  xidməti yalnız 2 QB disk sahəsini ödənişsiz təklif edir. 100 QB disk sahəsi üçün aylıq ödəniş 9,99 dollar təşkil edir.
 
“Microsoft” korporasiyası isə öz növbəsində ödənişsiz 7 QB disk sahəsi təklif edir.
 
Emil Hüseynov
 



Baxış sayı: 672

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024