Tarix:14/03/14
Tədbirdə iştirak edən Avropa Komissiyasının Elmi Tədqiqat və Texnoloji İnkişaf 7-ci Çərçivə Proqramının İKT üzrə Azərbaycan milli təmsilçisi, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) İdarəetmə Sistemləri İnstitutunun Xarici Əlaqələr və İnnovasiya şöbəsinin rəhbəri, texnika elmləri namizədi Tofiq Babayev bu beynəlxalq təşkilatın yeni “HORIZON 2020” Elmi Tədqiqat və İnnovasiya Çərçivə Proqramının məqsədləri və Azərbaycan alimləri üçün yaratdığı imkanlar barədə məlumat verib.
Onun sözlərinə görə, son 15 ildə Avropa Komissiyasının Elmi Tədqiqat və Texnoloji İnkişaf Çərçivə proqramlarının İKT istiqamətində olan mövzuları Azərbaycan alimlərini də maraqlandırır və onları müxtəlif elmi tədqiqat işləri aparmağa sövq edir. Avropa Komissiyasının onlarla nümayəndəsi indiyədək respublikamızda olub və ölkəmizdə aparılan elmi tədqiqat işləri barədə onlara məlumat verilib.
T.Babayev bildirib ki, Avropa Komissiyasının qarşıdakı 7 ili əhatə edən elmi tədqiqat, texnoloji inkişaf və innovasiya layihələri “HORIZON 2020” Çərçivə Proqramında əks olunub.
O, həmçinin qeyd edib ki, bu il aprel ayının 9-10-da “HORIZON 2020” Proqramı ilə bağlı AMEA-da ikigünlük tədris-təqdimat treninqi keçiriləcək: “Həmin treninqdə Avropa Komissiyasının 5 ölkəsindən ekspertlər iştirak edəcəklər. Onlar Azərbaycan alimlərinin təqdim edəcəkləri layihələrin ilkin qiymətləndirilməsində iştirak edəcək və müvafiq məsləhətlər verəcəklər. Təqdim olunacaq layihələr elmi tədqiqatların bütün istiqamətlərini nəzərdə tutur. Bu layihələr əsasən yüksək elm, rəqabətədavamlı sənaye və inkişaf etmiş cəmiyyət mövzularını əhatə edəcək. Bu istiqamətlərdə onlarla mövzu ikiillik proqramda öz əksini tapıb”.
Təqdimat mərasimində tədbir iştirakçılarına Avropa Komissiyasının qarşıdakı illərdə keçirəcəyi müsabiqələr barədə də məlumat verilib. Sonra tədbir iştirakçılarının həmin komissiyanın elmi tədqiqat və innovasiya proqramı ilə bağlı sualları cavablandırılıb.
CAHANGİR
AzTU-da Avropa Komissiyasının Elmi Tədqiqat və İnnovasiya Proqramının təqdimatı olub
Azərbaycan Texniki Universitetində (AzTU) Avropa Komissiyası “HORIZON 2020” Elmi Tədqiqat və İnnovasiya Çərçivə Proqramının təqdimatı keçirilib. AzTU-dan verilən məlumata görə, tədbiri universitetin prorektoru, professor Elşad İsmibəyli açaraq proqramın əhəmiyyəti barədə ətraflı məlumat verib.Tədbirdə iştirak edən Avropa Komissiyasının Elmi Tədqiqat və Texnoloji İnkişaf 7-ci Çərçivə Proqramının İKT üzrə Azərbaycan milli təmsilçisi, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) İdarəetmə Sistemləri İnstitutunun Xarici Əlaqələr və İnnovasiya şöbəsinin rəhbəri, texnika elmləri namizədi Tofiq Babayev bu beynəlxalq təşkilatın yeni “HORIZON 2020” Elmi Tədqiqat və İnnovasiya Çərçivə Proqramının məqsədləri və Azərbaycan alimləri üçün yaratdığı imkanlar barədə məlumat verib.
Onun sözlərinə görə, son 15 ildə Avropa Komissiyasının Elmi Tədqiqat və Texnoloji İnkişaf Çərçivə proqramlarının İKT istiqamətində olan mövzuları Azərbaycan alimlərini də maraqlandırır və onları müxtəlif elmi tədqiqat işləri aparmağa sövq edir. Avropa Komissiyasının onlarla nümayəndəsi indiyədək respublikamızda olub və ölkəmizdə aparılan elmi tədqiqat işləri barədə onlara məlumat verilib.
T.Babayev bildirib ki, Avropa Komissiyasının qarşıdakı 7 ili əhatə edən elmi tədqiqat, texnoloji inkişaf və innovasiya layihələri “HORIZON 2020” Çərçivə Proqramında əks olunub.
O, həmçinin qeyd edib ki, bu il aprel ayının 9-10-da “HORIZON 2020” Proqramı ilə bağlı AMEA-da ikigünlük tədris-təqdimat treninqi keçiriləcək: “Həmin treninqdə Avropa Komissiyasının 5 ölkəsindən ekspertlər iştirak edəcəklər. Onlar Azərbaycan alimlərinin təqdim edəcəkləri layihələrin ilkin qiymətləndirilməsində iştirak edəcək və müvafiq məsləhətlər verəcəklər. Təqdim olunacaq layihələr elmi tədqiqatların bütün istiqamətlərini nəzərdə tutur. Bu layihələr əsasən yüksək elm, rəqabətədavamlı sənaye və inkişaf etmiş cəmiyyət mövzularını əhatə edəcək. Bu istiqamətlərdə onlarla mövzu ikiillik proqramda öz əksini tapıb”.
Təqdimat mərasimində tədbir iştirakçılarına Avropa Komissiyasının qarşıdakı illərdə keçirəcəyi müsabiqələr barədə də məlumat verilib. Sonra tədbir iştirakçılarının həmin komissiyanın elmi tədqiqat və innovasiya proqramı ilə bağlı sualları cavablandırılıb.
CAHANGİR
Baxış sayı: 853
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır