12px13px15px17px
Tarix:14/03/14

“Philips” şirkəti ilə innovativ inkişaf üçün əməkdaşlıq ediləcək

Azərbaycan Energetika Nazirliyində “Philips” şirkətinin Rusiya, Ukrayna, Belarus və Mərkəzi Asiya ölkələri üzrə baş direktoru cənab Piter Vullinqsin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
 
Energetika Nazirliyindən “ICTnews” xəbər xidmətinə verilən məlumata əsasən, Azərbaycan energetika nazirinin müavini Gülməmməd Cavadovun iştirakı ilə keçirilən görüşdə “Philips” şirkətinin nümayəndə heyəti ilə əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
 
Görüşdə Azərbaycan tərəfi texnoloji yönümlü, innovativ tutumlu iqtisadiyyatın inkişafı üçün bu sahədə “Philips” şirkəti ilə əməkdaşlığa xüsusi əhəmiyyət verdiyini bildirib. Tərəflər ölkə daxilində və xaricdə həyata keçirilən iritutumlu sərmayə proqramları haqqında məlumat mübadiləsi aparıblar, əməkdaşlıq üçün geniş və perspektivli imkanların olduğunu vurğulayıblar.
 
Aynur Vəliyeva
 



Baxış sayı: 676

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024