12px13px15px17px
Tarix:14/03/14

Elektron əmək müqavilələri vətəndaşların sosial təminatı üçün vacib hüquqi əsas yaradacaq

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən Bakının Xəzər rayonunda “Əmək müqavilələri: bu günün tələbi, sabahın təminatı” adlı konfrans keçirilib.
 
 
Bakı şəhərində fəaliyyət göstərən 120-dək işəgötürənin nümayəndəsinin iştirakı ilə keçirilən konfransda məqsəd vətəndaşların əmək hüquqlarının etibarlı müdafiəsi mexanizminin qurulması sahəsində aparılan islahat tədbirləri barədə əmək fəaliyyəti ilə məşğul olan əhalinin geniş  məlumatlandırılması, bu mövzuda onların suallarının cavablandırılması və birgə fikir mübadilələrinin aparılması olub.
 
 
Konfransda çıxış edən Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Fuad Əlizadə Əmək Məcəlləsində dəyişikliklər edilməsi ilə bağlı qanunun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin  2014-cü il 3 fevral tarixli Fərmanının icrası ilə əlaqədar görülən işlər barədə məlumat verib. “Aparılan islahatların mühüm tərkib hissəsi kimi, əmək müqaviləsi bildirişlərinin “Elektron hökumət” portalı üzərindən elektron informasiya sisteminə (EİS) daxil edilərək qeydiyyata alınması mexanizmi ölkəmizdə əmək münasibətlərinin rəsmiləşdirilməsi sisteminin müasir tələblərə uyğun olaraq təkmilləşdirilməsinə  xidmət edir. Bu o deməkdir ki, formal şəkildə əmək müqavilələrinin bağlanması hallarına artıq son qoyulacaq. Bağlanan hər bir əmək müqaviləsi bildirişi EİS-də qeydiyyata alınmaqla tam hüquqi sənəd olacaq və vətəndaşların əmək hüquqlarının müdafiəsi, onların gələcək sosial təminatı üçün vacib hüquqi əsas yaradacaq”.
 
 
F.Əlizadə EİS-in proqram təminatının artıq hazırlandığını və sistemin yaxın vaxtlarda tətbiqinə başlanacağını  qeyd edib və bildirib ki, bu sahədə aparılan avtomatlaşdırma işləri, işçilər barədə məlumatların elektron bazasının yaradılması əmək kitabçalarının da tədricən bir hüquqi sənəd kimi ortadan qalxmasına səbəb olacaq. “Aparılan islahatlar birbaşa olaraq işəgötürənlər qarşısında müəyyən  öhdəliklər qoyur. İlk növbədə isə hər bir işəgötürən EİS-dən istifadə ilə bağlı müəyyən texniki imkanlara yiyələnməlidir. Ona görə də işəgötürənlər arasında müvafiq məlumatlandırma işlərinin aparılması, tətbiq olunan yeniliklər barədə onlarda aydın təsəvvürlərin formalaşdırılması, həmçinin onların bu proseslərdə fəal iştirakının təşviq olunması əsas məqsədlərdən biridir”- deyə bildirən F.Əlizadə işəgötürənlərlə birgə keçirilən belə tədbirlərin digər bölgələrdə də təşkil olunmasının nəzərdə tutulduğunu qeyd edib.
 
 
Konfransda əmək müqaviləsi bildirişinin EİS-də qeydiyyata alınması qaydası nümunə olaraq əyani şəkildə nümayiş etdirilib. Tədbirdə işəgötürənlərin mövzu ilə bağlı fikirləri dinlənilib, Dövlət Əmək Müfəttişliyi Xidmətinin mütəxəssisləri tərəfindən onların sualları cavablandırılıb.
 
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 612

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Fevral 2020

19/02/20
“Microsoft” korporasiyası “Windows 10” üçün yeniləmənin təhlükəli olduğunu etiraf edib

“Microsoft” korporasiyası sistemdə problemlər yaradan “Windows 10” yeniləməsini geri çağırıb.

19/02/20
“Windows 7” istifadəçiləri kütləvi hücuma məruz qalıblar

Kibertəhlükəsizlik üzrə mütəxəssislər “Windows 7” sisteminin idarəetməsi altında işləyən sistemlərə qarşı

19/02/20
2 ildən sonra smartfonları enerji ilə doldurmağa ehtiyac qalmayacaq

Kvant nöqtələrinə malik plyonka əsasında işığın enerjiyə çevrilməsi üçün yeni texnologiya ilə təchiz

19/02/20
Dünya İKT bazarının həcmi 4,30 trilyon dollara çatacaq

“International Data Corporation” (IDC) şirkəti 2020-ci ildə dünya informasiya-kommunikasiya texnologiyala

19/02/20
“Microsoft” korporasiyası “Android” üçün “Office” çoxfunksiyalı proqramını təqdim edib

“Microsoft” korporasiyası bir neçə il mobil qurğuların istifadəçilərinə öz sənəd, cədvəl və təqdimatların

19/02/20
Dünyada ən yaxşı ekrana malik smartfon məlum olub

Displeylərin yoxlanılması ilə məşğul olan “DisplayMate” şirkətinin mütəxəssisləri “Samsung Galaxy S20 Ult

19/02/20
Yer üçün təhlükəli asteroidlərin axtarışı üçün mexanizm yaradılıb

Niderlandın tədqiqatçılar qrupu Yer kürəsi üçün təhlükə törədən asteroidlərin axtarışı ilə məşğul olan ne

19/02/20
Kütlədə insanların bədən temperaturunu ölçən robotlar hazırlanıb

Koronavirusla mübarizə çərçivəsində Çin mühəndisləri kütlə içində insanların yüksək bədən temper

19/02/20
Koronavirus “Apple” şirkətinə ziyan vurub

“Apple” şirkəti Çində yayılan ölümcül koronavirusla əlaqədar 2020-ci ildə rüblük gəlir göstəric

18 02 2020

18/02/20
Regional Rabitə Birliyi MDB ölkələrinin Parlamentlərarası Assambleyasının Ekspertlər Şurasının 21-ci iclası keçirilib

Rusiyanın Sankt-Peterburq şəhərində Regional Rabitə Birliyi MDB ölkələrinin Parlamentlərarası 

18/02/20
II Beynəlxalq “Kibertəhlükəsizlik həftəsi” çərçivəsində keçiriləcək “Hackathon” müsabiqəsinə qeydiyyat başladı

Kibertəhlükəsizlik və internet idarəçiliyi sahəsində əlaqəli fəaliyyətin səmərəliliyinin artırılması və m

18/02/20
“LG” şirkəti qorunmuş korpusda üç yeni kamerofon təqdim edib

“LG” şirkəti K seriyasına məxsus üç yeni smartfon modelini təqdim edib. Bütün aparatlar

18/02/20
Mühəndislər havadan elektrik enerjisi əldə etməyi öyrəniblər

Massaçusets Texnologiya Universitetinin alimləri havadan elektrik enerjisi əldə etmək üçün texnologiya ha

18/02/20
“Sharp Aquos R5G” smartfonu təqdim edilib

Yaponiyanın “Sharp” elektronika istehsalçısı beşinci nəsil şəbəkələrini dəstəkləyən ilk qabaqcıl smartfon

18/02/20
“Samsung Galaxy S20 Ultra LTE” smartfonu buraxılacaq

“Samsung” şirkəti bir sıra regionlar üçün “Galaxy S20 Ultra LTE” adlı smartfon hazırlayır. Bu barədə şi

18/02/20
Çində məktəblərdə koronavirusun yayılmasına görə onlayn təhsil sisteminə başlanılıb

Çində ay təqvimi üzrə Yeni il bayramı ilə əlaqədar tətildən sonra məktəblərdə dərslər fevralın 17-də başl

18/02/20
“Google” ictimai yerlərdə ödənişsiz “Wi-Fi” layihəsinin fəaliyyətini dayandırır

“Google” şirkəti ictimai yerlərdə ödənişsiz “Wi-Fi” xidmətinin fəaliyyətini dayandırıb. Layihənin bağlan

18/02/20
Britaniya havanın proqnozlaşdırılması üçün superkompüterin alınmasına 1,6 milyard dollar ayırıb

Böyük Britaniya hökuməti müxtəlif hava və iqlim dəyişikliklərinin daha dəqiq proqnozlaşdırılması

18/02/20
“Mastercard” Avropada Kibertəhlükəsizlik Mərkəzi yaradıb

“Mastercard” şirkəti Belçikada yerləşən Avropa mənzil-qərargahı əsasında yeni Kibertəhlükəsizlik Mərkəzi

18/02/20
Yeni nəsil elastik robotlar olduqları yeri toxunuşla müəyyənləşdirəcəklər

Massaçusets Texnologiya İnstitutunun mühəndisləri yeni nəsil elastik robotlara olduqları yeri toxunuşla h