12px13px15px17px
Tarix:14/03/14

“Microsoft” daha iki universitetdə İT Akademiyası yaradır


“Microsoft” şirkəti bir sıra təhsil ocaqlarında İT akademiyalarının açılması istiqamətində işlər aparır.

Şirkətin təhsil layihələri üzrə meneceri Emin Axundov “ICTnews” xəbər xidmətinə bildirib ki, bu gün artıq “Microsoft” şirkətinin dörd İT Akademiyası fəaliyyət göstərir, onlardan ikisi İqtisad və Odlar Yurdu universitetlərində açılıb, daha ikisi “Mədəd” qeyri-hökumət və Şəmkirdə yerləşən “Zəka” gənclər təşkilatında yaradılıb. 
“Mədəd” müəllimlər üçün , “Zəka” isə regionlarda yaşayan gənclər üçün təlimlər təşkil edəcək. Azərbaycan Diplomatik Akademiyasında və Bakı Ali Neft Məktəbində İT akademiyalarının yaradılması ilə bağlı artıq razılıq əldə edilib, gələcəkdə isə Bakı Dövlət, Qafqaz universitetlərində və “Çağ Öyrətim” liseylərində akademiyaların yaradılması planlaşdırılır”,- deyə o bildirib.
 
Texniki təhsilin dəstəklənməsinə yönəlmiş bu proqram dərslik, tədris və tədqiqat məqsədləri üçün "Microsoft" Proqram Təminatından istifadə imkanları yaradır.

Qeyd edək ki, İT Akademiyasının əsas məqsədi şirkətin məhsullarına dair tədris vəsaitlərinə olan tələbatı və "Microsoft Office Spesialist", "Microsoft Certified Professional", "Microsoft Technology Associate"  ixtisasları üzrə sertifikatlaşdırılmış imtahanlara hazırlığı təmin etməkdir.


Aynur Vəliyeva
 



Baxış sayı: 706

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024