Tarix:15/03/14
ABŞ hakimiyyəti qlobal internet şəbəkəsinin idarə edilməsi üzərində birbaşa nəzarətdən həmişəlik imtina etmək qərarına gəlib. Bu barədə “The Washington Post” qəzeti ABŞ Ticarət Nazirliyinin nümayəndəsi Lourens Striklinqin sözlərinə istinadən məlumat verib. Məqalədə qeyd olunur ki, internetin Birləşmiş Millətlər Təşkilatının (BMT) nəzarəti altına verilməsi tam istisna edilir.
Hələlik internetin texniki koordinasiyası ilə əsasən Los-Ancelesdə yerləşən “ICANN” (Internet Corporation for Assigned Names and Numbers - internetdə domen adların və zonaların verilməsini həyata keçirən qeyri-kommersiya təşkilatı) korporasiyası məşğul olur. “The Washington Post”un məlumatına görə, korporasiyanın Ticarət Nazirliyi ilə imzaladığı sazişin müddəti növbəti ildə başa çatacaq. İndiyədək sazişin müddəti mütəmadi olaraq uzadılıb, lakin hazırda bunun təkrarlanacağı hələ ki məlum deyil. Hər halda “ICANN” prezidenti Fadi Şehade bəyan edib ki, bütün dünya ictimaiyyətinin cəlb ediləcəyi keçid prosesinin başlanmasını alqışlayır.
Qəzetin yazdığına görə, ABŞ hakimiyyəti internetin federal hökumət nəzarətindən yeni rejimə keçidi üçün kəskin şərtlər və müddət müəyyən edib.
Hakimiyyət nümayəndələrinin sözlərinə görə, dünyada əsas maraqlı tərəflərin etibarını qazanacaq yeni nəzarətedici orqanın yaradılmasına ehtiyac duyulur. Burada söhbət əksər ölkələrin müdafiə etdiyi, ABŞ-ın isə çoxdan əleyhinə çıxış etdiyi BMT-dən getmir.
Məlumata əsasən, qəbul edilmiş qərarın praktiki nəticələri hələ ki aydın deyil. Lakin qərar dünyada ABŞ-ın internetə nəzarəti və öz nəzarətedici rolunun üstünlüklərindən istifadə etməsi ilə bağlı yaranan şikayətlərin qarşısını ala bilər, - “İTAR-TASS www.itar-tass.com” yazır.
ABŞ hakimiyyəti internet üzərində birbaşa nəzarətdən imtina etmək qərarına gəlib

Baxış sayı: 734
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib