12px13px15px17px
Tarix:15/03/14

Bill Qeyts: “Microsoft” da “WhatsApp” messencerini satın almaq istəyirdi

Bill Qeyts “Rolling Stone” jurnalına müsahibəsində deyib ki, “Microsoft” korporasiyası “WhatsApp” messencerini satın almaq istəyirdi.

“ICTnews” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, Qeyts “Rolling Stone” jurnalına geniş müsahibə verib. Əgər texnologiya sahəsini əsas götürsək, Qeyts deyib ki, son zamanlar “Facebook” xeyli sayda satınalma həyata keçirib. Onun fikrincə, “Facebook”un “WhatsApp” messenceri üçün ödədiyi məbləğ həddindən artıq çoxdur. “Microsoft”un həmtəsisçisi deyib ki,  Mark Zukerberqin yerinə qərar versəydi, o zaman bu satınalma üçün 19 milyard ödəməzdi.

Eyni zamanda Bill Qeyts düşünür ki, “Facebook” nə üçün belə böyük məbləği ödəməyə razılaşıb və onun gəldiyi nəticəyə əsasən, səbəb istifadəçilərdir. Son 1 il yarımda “Facebook”da istifadəçilərin artım tempi, demək olar ki, sıfıra bərabərdir: sosial şəbəkənin auditoriyası 1,1-1,2 milyard təşkil edir. Hərçənd ki 2012-ci ildə Zukerberq sosial şəbəkənin auditoriyasının 2 milyardı ötəcəyini demişdi. Aydındır ki, “Microsoft” üçün ən qiymətli resurs “Windows”, “Google” üçün internetdə axtarış sistemi, “Facebook” üçün isə onun istifadəçiləridir.

"Bu satınalma ondan xəbər verir ki, “Facebook” üçün istifadəçi bazası xüsusi əhəmiyyət kəsb edir və şirkət onun artması üçün əlindən gələn hər şeyi edəcək. Microsoft, həmçinin “WhatsApp”ı satın almaq istəyirdi. Sonuncu çox qiymətli resursdur, lakin əmin deyiləm ki, biz ona 19 milyard dollar ödəyərdik" – Qeyts deyib.

Qeyts indiki “Google”u 90-cı illərdəki “Microsoft”la müqayisə edib. Onun sözlərinə görə, “Google” hazırda həyata keçirilməsi uzun illər çəkəcək uzunmüddətli layihələr üçün böyük vəsait  xərcləyir. "Vəsaitiniz çox olduğu halda bu, sizə sonu olmayan layihələrlə işləməyə imkan verir. “Microsoft” 90-cı illərdə bu vəziyyəti yaşayıb. Bizim böyük interaktiv televiziyamız, rəqəmli pul cüzdanı üzərində işləmiş heyətimiz var idi. Bütün bunlar öz zamanını qabaqlamışdı və o an çox tələbat yox idi. Lakin vəsaitimiz çox olduğundan, biz bunlara yol verirdik" – o deyib.

Emil Hüseynov



Baxış sayı: 965

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024